İqtisadiyyat
01 sentyabr 2020
323
Prezident yol tikintisinə 22 milyon manat ayırdı — SƏRƏNCAM
Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Daha çox xəbər:
Prezident yol tikintisinə 22 milyon manat ayırdı
İqtisadiyyatSamuxda yol tikintisi üçün 19,1 milyon manat ayrıldı — SƏRƏNCAM
ÖlkəPrezident Dövlət Agentliyinə 5,6 milyon manat ayırdı
Gündəm, Cəmiyyətİlham Əliyevdən mühüm SƏRƏNCAM
Gündəm, SiyasətPrezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
Gündəm, Siyasət