Gündəm, Sosial
23 dekabr 2020
246
Səfərbərliklə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis edilməsi gözlənilir - RƏSMİ
“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq, evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.
Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.
Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, - nazirlikdən vurğulanıb.
Daha çox xəbər:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - ...
SiyasətSəfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLA ...
SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı ...
SosialCəbhəyə getmək istəyənlər oxusun — RƏSMİ MÜRACİƏT
ÖlkəƏsgərliyə yolasalma başladı
Gündəm, Cəmiyyət