Gündəm, Siyasət
15 yanvar 2021
1058
Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Şuşa şəhərinə səfəri ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərinin 39 ildönümünə təsadüf edib.
1982-ci ilin yanvarın 14-də ulu öndər Heydər Əliyev Şuşaya səfər edib.
Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə ulu öndəri müşayiət edənlər arasında gənc İlham Əliyev də olub.
Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Daha çox xəbər:
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb
Gündəm, SiyasətPrezident: "Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə ve ...
SiyasətPrezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanın ...
İqtisadiyyatİlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimin ...
Gündəm, Siyasətİlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Gündəm, Siyasət, Video