Gündəm, Siyasət
15 yanvar 2021
380
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb.
Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri zamanı gerçəkləşib.
Prezident əvvəlcə diz çökərək bayrağı öpüb. Daha sonra isə Azərbaycan bayrağını dirəkdə yüksəldib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.



Daha çox xəbər:

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
Gündəm, Siyasət
Prezident: "Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə ve ...
Siyasət
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanın ...
İqtisadiyyat
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimin ...
Gündəm, Siyasət
Prezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbray ...
Gündəm, Siyasət, Video