Gündəm, Bölgə
22 yanvar 2021
445

Nazim Eynallı: Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır

Nazim Eynallı: Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şamaxı rayon 19 nömrəli Xüsusi təyinatlı yol istismarı idarəsi MMC-nin rəisi Nazim Eynallıdır.

Şamaxı rayon 19 nömrəli Xüsusi təyinatlı yol istismarı idarəsi MMC-nin rəisi Nazim Eynallı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim Eynallı bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim Eynallı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Nazim Eynallıdan danışdılar yaxşı ki, Nazim Eynallı Şamaxı rayon 19 nömrəli Xüsusi təyinatlı yol istismarı idarəsi MMC-nin rəisidir… Nazim Eynallı öz isguzarlığı ilə tanınır və seçilir….

Nazim Eynallı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Nazim Eynallını heç vaxt əqidəsindən döndərə bilməz.

Nazim Eynallı böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Nazim Eynallı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Nazim Eynallı ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Nazim Eynallının böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nazim Eynallı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nazim Eynallı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şamaxı rayon 19 nömrəli Xüsusi təyinatlı yol istismarı idarəsi MMC-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Nazim Eynallı özünü doğruldub. Bizdə hörmətli Nazim Eynallının dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Nazim Eynallı: Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir.

Şamaxı rayon 19 nömrəli Xüsusi təyinatlı yol istismarı idarəsi MMC-nin rəisi Nazim Eynallı - Məlum olduğu kimi 27 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmiş, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur.

2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına, bizim həsrətimizə son qoyularaq, yeni tarix yazıldı.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayan ölkə başçısı, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla yolun geniş və rahat olması ilə bağlı xüsusi olaraq tapşırıq vermişdir.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir. Füzuli–Şuşa avtomobil yolu layihəsindən başlayaraq.

Belə ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb. Layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101.5 kilometr, eni isə 37.7 m təşkil edəcək. Yolun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.

Ulu öndərin Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü Şuşamıza aparır. Şanlı bayrağımızın qürurla dalğalandığı Şuşaya!