Gündəm
05 mart 2021
256
Dilşad Əmirova: Binə Ticarət Mərkəzi insanlara yüksək səviyyədə xidmət göstərir
"Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirova - “Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir". Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib və hazırda Ermənistantanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırıb ki, bütün bunlar Koçaryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirib ki, “Bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlasınlar, Azərbaycan geri çəkilən deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq”.
Dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından da danışdı və qeyd etdi ki, nə qədər ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır.
“Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq”
Prezident İlham Əliyev erməni əhalisinə qarşı heç bir zərərli addımlar atılmadığın deyərək bildirib ki, hər hansı revanşizm cəhdləri olarsa mütləq Azərbaycan tərəfindən cəzalandırılacaq: “Hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq. Ona görə də xəbərdarlıq edirəm ki, revanşizm və qisas cəhdləri olmamalıdır”.
Dövlət başçısı qeyd edib ki, bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Azərbaycan Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qaragüruh qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi.
Prezident İlham Əliyev mətbuat konfransında Ermənistan tərəfinin minalanmış sahələrin xəritələrini verməməklə cinayət əməllərini nümayiş etdirdiyini də söyləyib: "Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib".
Göründüyü kimi, artıq bütün dünya Azərbaycanın güclü Liderinin apardığı uğurlu və diplomatik siyasətini, Güclü Ordusunun gücünü 30 il işğal altında olan torpaqlarımızın 44 gündə Qələbə qazandığının şahidi oldu. Və bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mətbuat konfransındakı mesajları ilə informasiya sahəsində də Qalib oduğunu aydın şəkildə göstərməklə Ermənistana növbəti dərs verdi – "DÜZ YOLA GƏL!".
Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirovadır.
"Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Dilşad Əmirova bu işin müqəddəsliyini qoruyub saxlayır. Dilşad Əmirova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Dilşad Əmirovadan danışdılar yaxşı ki, Dilşad Əmirova "Binə” ticarət mərkəzinin direktoru təyin olunub… Dilşad Əmirova öz isguzarlığı ilə tanınır və seçilir….
Dilşad Əmirova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Dilşad Əmirovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Dilşad Əmirova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Dilşad Əmirova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Binə” ticarət mərkəzinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Dilşad Əmirova özünü doğruldub. Bizdə hörmətli Dilşad Əmirovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Daha çox xəbər:
Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
GündəmKönül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, ÖlkəAqil Nəzərli: Müharibə kimin kim olduğunu göstərdi
Gündəm, BölgəNicat müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
Gündəm, CəmiyyətJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, Siyasət