Gündəm, Siyasət, Video
17 mart 2021
1016
İlham Əliyev: “Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır!” - VİDEO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı Tuğ kəndində də olublar.
Bununla bağlı Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində video paylaşıb.
Ölkə başçısı Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu xüsusi vurğulayıb.
Prezident həmçinin ermənilər tərəfindən işğal zamanı dağıdılmış kənd mktəbini göstərərək bildirib:
“Sonra da deyirdilər Tuğ erməni kəndidir. Əgər bura erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub!”
Ölkə başçısı Tuğ kəndinin sakinlərinin yaxın gələcəkdə öz doğma yurdlarına qayıdacaqlarına əmin olduğunu vurğulayıb.
Daha sonra Prezident və Birinci vitse-prezident digər bir qədim Azərbaycan kəndi olan Azıx kəndinə yola düşüblər.
Daha çox xəbər:
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar
SiyasətPrezident İdilli kəndində və Hadrut qəsəbəsində olub: “Görün, necə gözəl mə ...
Gündəm, Siyasətİlham Əliyev: “Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim A ...
Gündəm, Siyasətİlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO
BölgəMehriban Əliyeva düşmən tərəfindən dağıdılmış Qaraxanbəylinin görüntülərini ...
Gündəm, Siyasət