Gündəm, Cəmiyyət
18 mart 2021
1151
Tikinti özbaşınalığı: Təhlükəsizlik qaydalarına əməl olunmur
Suraxanı rayonu Yeni Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsində inşaat işləri aparılan zaman müşahidə etdik ki, çox zaman tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarına əməl edilmir. Tikinti ərazisində vətandaşların gediş-gəlişinə problemlər yaranır. Belə ki, tikinti gedən zaman qoruyucu örtükdən istifadə olunmur, ətrafda yaşayan sakinlər narazılıq edir.
Qoruyucu olmadığına görə sakinlər oradan keçə bilmirlər.
Tikintidə işləyən fəhlələr təhlükəsizlik papaqlarından istifadə etmirlər, təhlükəsizliyi tam təmin olunmur. Bu səbəbdən də fəhlələrin həyatı üçün təhlükə yaranır. Bildirim ki, belə bir səbəblərdən insan ölümləri də baş verir. Tikinti işləri aparan məsul şəxsə bildirsəm də ki, təhlükəsizlik qaydalarına riayət etmirsiz, bu barədə aidiyyatı qürumlara müraciət etdirdiyimi bildirsəm də, “hara istəyirsən şikayət et, heç kimdən qorxmuram” cavabını alaraq məni təhqir etdi. Görəsən Suraxanı Rayon İcra Hakimiyyəti və bəzi tikintiyə nəzarət qürumları bu ünvanda gedən inşaat işlərinə nəzarət etmirlərmi?
Aidiyyatı qürumlardan xahiş edirəm ki, bu özbaşınalıq haqda müvafiq tədbir görsünlər.
PS: Əks tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Mövzuya yenidən qayıdacağıq.
Ruslan Həsənov
Baş direktor:
Tel.: 050-299-78-84
Daha çox xəbər:
Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək - “Global Data”
İqtisadiyyat"Sədərək" Ticarət Mərkəzində FACİƏ: 1 ölü, 1 yaralı
HadisəFHN-dən əhaliyə VACİB MÜRACİƏT - Koronavirusla bağlı
CəmiyyətZakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var
Gündəm, CəmiyyətEv tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur — Hər kəsin bilməsi vacib ol ...
Cəmiyyət