Gündəm, Cəmiyyət
09 aprel 2021
1428
ŞOK! İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov dövlətin ayırdığı pulları mənimsəyir - Cənab Prezidentin nəzərinə
İsmayıllı Rayonun suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənov camaatın problemilə maraqlanmır
Hazırda İsmayıllı rayonunun bir sıra kəndlərində əkin sahələrinin suvarılması və içməli su ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə redaksiyamızı bilgilərdirən rayon sakinlərinin sözlərinə görə, nəinki su problemi yaşanır, hətta İsmayıllı Suvarma Sistemləri İdarəsinin balansında olan bir sıra texnika da məhz əhalinin öz hesabına təmir olunub. Rayon camaatının bildirdiyinə görə, İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov işinin öhdəsindən lazımınca gələ bilmir və məhz elə bu səbəbdən də əkin sahələrini suvarmaq bir yana, heç mal-qara da içməyə su tapmır. "Rayonun mərkəzində də eyni acınacaqlı vəziyyət yaşanmaqdadır. Belə ki, yüzlərlə ailənin istifadəsində olan subartezian quyusu aylardır işləmir. Dövlət kənd təsərrüfatının inkişafına dəstək olmaq məqsədilə yardım-kompensasiya versə də, yerlərdə Fazil Həsənov kimi məmurların məsuliyyətsiz davranışları ucbatından həm kəndlinin əməyi, həm də dövlətin ayırdığı yardım hədər olur. Daha ətraflı növbəti sayılarımızda. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Daha çox xəbər:
Qusarda doqquz subartezian quyusu qazılacaq — SƏRƏNCAM
İqtisadiyyatBiləsuvarda su probleminin həllinə çalışılır
BölgəƏhalinin içməli suya tələbatının ödənilməsi üçün daha bir sərəncam
Gündəm, SiyasətPrezident “Azərsu”ya pul ayırdı
SiyasətPrezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
Gündəm, Siyasət