Gündəm, Cəmiyyət
10 aprel 2021
1272

Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Əhməd Əhmədzadə Baş nazir Əli Əsədovun müşaviri təyin olunub. Bu münasibət ilə Xeberim.info rəhbərliyi və kollektivi adından cənab Əhmədzadəni təbrik edirik.

Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.

Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Ona etibar edilən bütün işlərdə Əhməd Əhmədzadə özünü doğruldub. Bizdə hörmətli Əhməd Əhmədzadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.