Gündəm, Cəmiyyət
26 sentyabr 2020
399

Əhməd Əhmədzadə: Ömürdən pay verərlər – Vətəndən pay olmaz

Əhməd Əhmədzadə: Ömürdən pay verərlər – Vətəndən pay olmaz


Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə - Azərbaycan və Ermənistan arasındakı münaqişələr 30 ildən çoxdur ki, hələ də davam edir. Tərəflərarası qarşıdurmalar 20 fevral 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamışdır. Haqlı olaraq Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirir. 20% torpaqlarımız – Ermənistanın işğalı altındadır. Hal-hazırda Ermənistan bu ərazilərdə qeri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistanın baş nazirinin dediyinin əksi olaraq Dağlıq Qarabağ Azərbaycanındır və bütün dünya bunu belə tanıyır. Buna baxmayaraq Ermənistana başqa ölkələrdən Rusiya və Serbiyadan silah göndərilməsi Azərbaycanın narahatçılığına səbəb olmuşdur.
İşğalçı Ermənistanın ölkəmizə təxribatı səngimir. Xocalı soyqırımı, aprel döyüşləri, iyul hadisələri erməni təxribatına sübutdur. Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Deməli bu sözlər – “Biz iki dövlət –bir millətik” əbəs yerə deyilməmişdir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin sayı ciddi şəkildə artmışdır.
Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən və ağıllı siyasətinə, eləcə də ordumuzun gücünə güvənərək deyə bilərik ki, işğal altında olan torpaqlarımız tez bir zamanda şərtsiz qaytarılacaqdır. Və biz buna inanırıq.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”nın müzakirəsinə həsr olunan videokonfrans keçirilib

Əhməd Əhmədzadə: Ömürdən pay verərlər – Vətəndən pay olmaz


“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, tikintisi nəzərdə tutulan su anbarlarında 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir. Bu su anbarları 139 min hektar sahəni suvarma suyu ilə təmin edəcək. O cümlədən 81 min hektar yeni suvarılacaq sahə kənd təsərrüfatı dövriyyəsinə veriləcək.

Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-də sentyabrın 23-də videokonfrans formatında keçirilən görüşdə Səhmdar Cəmiyyətin sədr müavini Rafiq Aslanov məlumat verib.

Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”nın 4.5-ci və 4.6-cı bəndlərinin icrasının təmin edilməsi ilə əlaqədar əməkdaşlıq yollarının müzakirəsinə həsr olunmuş videokonfransda Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənov, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Şahin Allahverdiyev, Energetika Nazirliyinin sektor müdiri Rauf İsmayılov, Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi Rövşən Abdullayev, “Azərsu” ASC-nin şöbə rəisi Elkin Rüstəmov, “Azərkosmos” ASC-nin nümayəndəsi Aqil Əhmədov, Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov, Geologiya və Geofizika İnstitutunun direktorunun köməkçisi Tariyel Hüseynov, Memarlıq və İnşaat Universitetinin dekanı Zakir Musayev, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov çıxışında mövcud su anbarlarının həcmi və mövcud vəziyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin başçısının təsdiqlədiyi Tədbirlər Planına əsasən, həmçinin 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması planlaşdırılır. “Bu, 9 min kilometr uzunluğunda kanalları özündə birləşdirir. Bunun 529 kilometri magistral, 1644 kilometri I dərəcəli, 6817 kilometri II-III dərəcəli kanallardır. Həmin kanalların altında təxminən 290 min hektar suvarılan sahə var və 15 rayonu əhatə edir”, - deyə o qeyd edib.

Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərinin böyük əksəriyyətinin Mil-Muğan torpaqlarının payına düşdüyünü deyən R.Aslanov bildirib ki, bu torpaqlarda həddən artıq su itkiləri müşahidə olunur. Bu, təsdiq olunan su balansında da öz əksini tapıb. Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan kanalların 73 faizi torpaq kanallardır.

Dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə Komissiya yaradıldığını vurğulayan R.Aslanov bildirib ki, ASC komissiyaya 2020-2030-cu illəri əhatə edən tədbirlər planı təqdim edib.

ASC-nin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov təqdimatla çıxış etdikdən sonra müzakirələr aparılıb, təkliflər qeydə alınıb.
Əhməd Əhmədzadə: Ömürdən pay verərlər – Vətəndən pay olmaz
Əhməd Əhmədzadə: Ömürdən pay verərlər – Vətəndən pay olmaz