Gündəm, Cəmiyyət, Ölkə
02 oktyabr 2025
642

Millət Vəkili Əziz Ələkbərov: "XALQIN VƏKİLİ, DÖVLƏT ADAMI"

Millət Vəkili Əziz Ələkbərov: "XALQIN VƏKİLİ, DÖVLƏT ADAMI"
Müasir Azərbaycanın ictimai-siyasi həyatında millət vəkillərinin rolu xüsusilə böyükdür. Onlar dövlətin qanunvericilik orqanında xalqın səsini, arzusunu, iradəsini təmsil etməklə bərabər, həm də ölkənin davamlı inkişafı, cəmiyyətin rifahı və dövlətin güclənməsi üçün mühüm addımlar atırlar. Bu baxımdan Milli Məclisin üzvlərindən biri olan millət vəkili Əziz Ələkbərov daim dövlətçiliyə sədaqəti, xalqa bağlılığı və vətəndaşların problemlərinə həssas yanaşması ilə seçilir. Onun fəaliyyəti təsdiq edir ki, əsl millət vəkili xalqın səsinə biganə qala bilməz və dövlətin gücünü xalqa xidmət etməklə artırar.
Əziz Ələkbərov siyasət meydanına sıradan bir şəxsiyyət kimi gəlməmişdir. Onun həyat yolu, ictimai fəaliyyəti və dövlətçilik prinsiplərinə bağlılığı göstərir ki, hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyərək ölkənin inkişafı naminə səmərəli işlər görmüşdür. Millət vəkili olaraq qanunvericilik proseslərində fəal iştirak etməsi, dövlət maraqlarını qorumaq üçün qətiyyətli mövqe sərgiləməsi onun siyasi yetkinliyini nümayiş etdirir.
Dövlət adamı olmaq sadəcə yüksək kürsüdə əyləşmək demək deyil. Dövlət adamı olmaq – məsuliyyət, prinsipiallıq və xalqa xidmət nümunəsi göstərməkdir. Əziz Ələkbərov bu keyfiyyətləri özündə birləşdirən millət vəkillərimizdəndir.
Millət vəkilinin ən böyük missiyası xalqla daim ünsiyyətdə olmaqdır. Bu ünsiyyət sadəcə görüşlər və söhbətlərlə məhdudlaşmır, həm də problemlərin öyrənilməsi, həll yollarının tapılması və parlament səviyyəsində qaldırılması ilə ölçülür. Əziz Ələkbərov hər zaman seçiciləri ilə sıx təmasda olaraq onların dərdini, arzusunu və qayğısını diqqətlə dinləmiş, vətəndaşların müraciətlərinə həssas yanaşmışdır.
Onun fəaliyyətində ən qürurverici məqam isə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və onların ailə üzvlərinə göstərdiyi qayğıdır. Bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinin həlli, onların sosial rifahının yüksəldilməsi millət vəkilinin daim diqqət mərkəzindədir. Əziz Ələkbərov dəfələrlə vurğulamışdır ki, Vətən uğrunda canını fəda edən hər bir şəhidin ailəsinə və sağlamlığını qurban verən hər bir qaziyə borcluyuq. Onun təşəbbüsləri nəticəsində bir çox sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Millət vəkili Əziz Ələkbərov maarifçilik ideyalarını da xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə, gənclərin düzgün istiqamətləndirilməsinə, milli-mənəvi dəyərlərə bağlı böyüməsinə böyük önəm verir. O, hesab edir ki, Azərbaycanın gələcəyi məhz sağlam təhsilli, vətənpərvər və milli ruhda böyüyən gənclərin əlindədir. Bu baxımdan gənclərin təhsili, onların dövlətçilik prinsiplərinə sadiq ruhda formalaşması hər zaman Ələkbərovun dəstək verdiyi sahələrdəndir.
Onun fəaliyyəti həm də milli-mənəvi dəyərlərin qorunması ilə sıx bağlıdır. Dövlətin modernləşməsi ilə yanaşı, xalqımızın əsrlərlə formalaşan adət-ənənələrinin, dilimizin, mədəniyyətimizin yaşadılması Əziz Ələkbərovun siyasət fəlsəfəsində mühüm yer tutur.
Hər bir millət vəkili üçün ən yüksək dəyər dövlət başçısının etimadını doğrultmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişaf yoluna çıxması, güclü orduya, sabit iqtisadiyyata və nüfuzlu beynəlxalq mövqeyə sahib olması dövlət-vətəndaş həmrəyliyinin təntənəsidir. Əziz Ələkbərov da bu prosesdə üzərinə düşən məsuliyyəti dərk edir və fəaliyyətini dövlət başçısının siyasi kursuna sadiq şəkildə davam etdirir.
Onun parlamentdə qəbul edilən qanunların müzakirəsi zamanı göstərdiyi prinsipial mövqe, dövlətin maraqlarını qorumaq istiqamətində sərgilədiyi qətiyyət onun dövlətə sədaqətinin bariz nümunəsidir.
Böyük siyasətdə uğur qazanmağın əsas şərtlərindən biri insanlara yaxın olmaqdır. Əziz Ələkbərovun fəaliyyəti bu baxımdan diqqətəlayiqdir. O, sadəliyi, səmimiyyəti və insanlarla doğmalığı ilə seçilir. İnsanların etimadını qazanmaq siyasətçinin ən böyük uğurudur. Millət vəkili olaraq daim xalqın içində olmaq, vətəndaşların dərdini öz dərdi kimi görmək onun siyasi yolunun əsas xüsusiyyətlərindəndir.
Müxtəlif bölgələrdə yaşayan vətəndaşların qayğılarının öyrənilməsi, onların sosial-məişət problemlərinin parlament tribunasına çıxarılması, yerli icra orqanları ilə əlaqələndirilərək həllinə çalışması Əziz Ələkbərovun fəaliyyətinin əsas istiqamətlərindəndir.
Millət vəkili Əziz Ələkbərov üçün dövlətçilik sadəcə bir prinsip deyil, həyat fəlsəfəsidir. Onun fəaliyyəti göstərir ki, dövlətin inkişafı, xalqın rifahı və Azərbaycanın dünyada layiqli mövqe tutması hər şeydən önəmlidir. Dövlətçilik amalı ilə yaşamaq, millətin gələcəyi naminə fədakarlıq göstərmək, şəxsi maraqları kənara qoyaraq ümummilli maraqları üstün tutmaq Əziz Ələkbərovun fəaliyyətində əsas qayədir.
Bu, həm də xalqın ona olan hörmətinin səbəbidir. Çünki xalq yaxşı bilir ki, dövlətə sədaqət göstərən millət vəkili heç vaxt vətəndaşın etimadını itirməz.
Əziz Ələkbərovun ictimai-siyasi fəaliyyəti göstərir ki, o, sadəcə bir millət vəkili deyil, həm də xalqın vəkili, dövlətin adamıdır. Onun həyat yolu, siyasi mövqeyi, xalqa yaxınlığı və dövlətə sədaqəti bu sözləri tam doğruldur. O, həm dövlətin gücünü qoruyan, həm də xalqın etimadını doğruldan bir şəxsiyyətdir.
Müasir Azərbaycan dövlətçiliyinin inkişafında, xalqın rifahının yaxşılaşdırılmasında, milli maraqların müdafiəsində Əziz Ələkbərov kimi millət vəkillərinin fəaliyyəti əvəzsizdir. O, əsl millət vəkili obrazını yaradan, xalqın sevgisini qazanan və dövlət başçısının etimadını doğruldan bir siyasətçidir.

Dilşad Əhmədova
Baş redaktor