Gündəm, Siyasət, Ölkə
12 noyabr 2025
79

“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Sn. Ahmet Çetin: “Bir millət, iki dövlət – Azərbaycan və Türkiyə birliyinin sarsılmaz nümunəsi”

“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Sn. Ahmet Çetin: “Bir millət, iki dövlət – Azərbaycan və Türkiyə birliyinin sarsılmaz nümunəsi”
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması xəbəri Azərbaycan xalqını dərin kədərə qərq etdi. Qardaş ölkədə baş vermiş bu faciə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə coğrafi yaxınlıqları ilə deyil, eyni zamanda qəlb, ruh və taleləri ilə bir-birinə bağlı iki dövlət, bir millətdir.
“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı cənab Ahmet Çetin hadisə ilə bağlı başsağlığı mesajında vurğulayıb ki, “Türkiyə və Azərbaycan arasında olan qardaşlıq, dostluq və birlik hissi hər bir sınaqdan alnıaçıq çıxır. Biz bir millət olaraq sevincimizi də, kədərimizi də bölüşürük. Türkiyənin bu ağır günündə bütün Azərbaycan xalqının ürəyi qardaş ölkə ilə bir döyünür.”
Türkiyə Silahlı Qüvvələrinin xidmətində olan qəhrəman pilotların faciəvi şəkildə şəhid olması yalnız Türkiyəni deyil, həm də Azərbaycanı dərin sarsıntıya saldı. Qəzada həyatını itirən hərbçilər Türk ordusunun şərəf və qəhrəmanlıq simvollarıdır. Onların itkisi hər iki ölkənin ürəyində iz qoydu.
Ahmet Çetin qeyd edir ki, bu kimi hadisələr Azərbaycan-Türkiyə birliyinin nə qədər dərin və sarsılmaz olduğunu bir daha nümayiş etdirir. “Biz bu kədəri tək Türkiyənin yox, bütün Türk dünyasının faciəsi kimi qəbul edirik. Çünki bizim taleyimiz, tariximiz və gələcəyimiz ortaqdır. Hər iki dövlətin bayrağı eyni mənanı daşıyır – azadlıq, qürur və qardaşlıq.”
Azərbaycan xalqı ötən illər ərzində dəfələrlə göstərib ki, Türkiyənin kədəri onun öz kədəridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək, “Qarabağ Azərbaycandır!” şüarı altında bir yumruq kimi birləşməsi bu qardaşlığın əbədi və sarsılmaz olduğunu sübut etdi.
Bu gün isə, Türk xalqı acı bir hadisə ilə üz-üzə qaldığı zaman, Azərbaycan ictimaiyyəti dərhal qardaş ölkə ilə həmrəylik nümayiş etdirir. Dövlət qurumlarından tutmuş vətəndaşlara qədər hər kəs Türkiyənin yanındadır. “Aral Group” şirkətinin rəhbəri Ahmet Çetin bildirir:
“Biz eyni kökdən gələn, eyni dəyərlərə sahib xalqlarıq. Türkiyənin hər bir ağrısı bizim ürəyimizi də dağlayır. Türk əsgərinin itkisi bizim üçün müqəddəs bir itkidir.”
Türkiyə Silahlı Qüvvələri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da sülhün, sabitliyin və ədalətin təminatçısı kimi fəaliyyət göstərir. Bu ordu həm NATO səviyyəsində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün dünyaya Türk əsgərinin şücaətini göstərir.
Hər bir Türk əsgəri – istər Azərbaycanda, istərsə də Türkiyədə – vətən sevgisinin, şərəf və qeyrətin simvoludur.
Ahmet Çetinin fikrincə, qəhrəman şəhidlərin xatirəsi əbədi olaraq yaşadılacaq. “Bu qəhrəmanlar Türk millətinin şərəf tarixində daim hörmətlə yad ediləcək. Biz onların ruhu qarşısında baş əyirik və ailələrinə, Türk xalqına dərin hüznlə başsağlığı veririk.”
Bu faciə həm də bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız diplomatik müstəvidə deyil, qardaşlıq və mənəvi birlik üzərində qurulub. İki ölkə arasında bağlar tarix boyu sınaqlardan keçib və hər dəfə daha da möhkəmlənib.
Bugün bu münasibətlər dövlət başçılarının – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri sayəsində ən yüksək səviyyəyə çatıb.
Ahmet Çetin vurğulayır ki, “Azərbaycan və Türkiyə arasında heç bir məsafə yoxdur – biz eyni millətin övladlarıyıq. Bizim gücümüz birliyimizdədir.”
Bu birliyə söykənən əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, həm də mənəvi səviyyədə möhkəmlənir.
Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması bir daha xatırlatdı ki, həyatın hər anı həm sevinc, həm də kədər gətirə bilər. Amma Azərbaycan və Türkiyə xalqları üçün əsas olan – bu sınaqlarda bir-birinə dayaq olmaq, bir-birinin ağrısını paylaşmaqdır.
“Aral Group” şirkətinin rəhbəri Ahmet Çetin sonda bildirir: “Türk ordusunun igid övladları heç zaman unudulmayacaq. Azərbaycan və Türkiyə qardaşlığı onların ruhu qarşısında daha da möhkəmlənəcək. Biz bir millət, iki dövlət olaraq həm sevincdə, həm də kədərdə bir yerdəyik.”
Bu sözlər, əslində, iki qardaş xalqın minillik dostluğunun, eyni zamanda gələcəyə yönəlmiş birliyin ən dolğun ifadəsidir. Türk əsgərinin qəhrəmanlığı, Türk xalqının mərdliyi və Azərbaycan-Türkiyə qardaşlığı bu dünyada heç vaxt sarsılmayacaq bir dəyər olaraq qalacaq.

Dilşad Əhmədova
Baş redaktor