Gündəm, Ölkə
22 noyabr 2025
76
Ədalətə Sadiq Xidmətdə Nümunəvi Rəhbər – Cəlil Əliyev

22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Münasibətilə
Azərbaycanın dövlət idarəçiliyi sistemində ədliyyə orqanlarının rolunu danmaq mümkün deyil. Ədalətin təmin olunması, qanunçuluğun qorunması, vətəndaşların hüquqlarının müdafiəsi, cəmiyyətin təhlükəsizliyinin təmin olunması – bütün bunlar böyük məsuliyyət, dəqiqlik və prinsipiallıq tələb edən sahələrdir. Bu sahədə çalışan hər bir əməkdaş dövlətçilik ideyalarına sadiq olmalı, peşəyə vicdanla yanaşmalı, cəmiyyət qarşısında öz məsuliyyətini dərindən dərk etməlidir. Məhz belə yüksək keyfiyyətləri özündə birləşdirən nümunəvi rəhbərlərdən biri də Bakı şəhəri 3 saylı İstintaq Təcridxanasının rəisi Cəlil Əliyevdir.
Cəlil Əliyev uzun illərdir ki, daxili işlər və penitensiar sahədə yüksək peşəkarlığı, idarəetmə bacarığı və dövlətə sədaqəti ilə tanınır. Onun rəhbərliyi etdiyi 3 saylı İstintaq Təcridxanasında nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın təmin olunması, insan hüquqlarına hörmət prinsipinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi idarəçilik, sadəcə bir vəzifə icrası deyil, həm də dövlətçilik missiyasına sədaqət nümunəsidir. Cəlil Əliyev öz fəaliyyətində təkcə qaydalara riayət olunmasını yox, həm də humanizmin önə çəkilməsini prioritet hesab edir.
Cəlil Əliyevin idarəetmə üslubunun əsas xüsusiyyətlərindən biri sistemli yanaşma və intizamın davamlı olmasıdır. Onun rəhbərliyi altında təcridxanada təhlükəsizlik tədbirlərinin modernləşdirilməsi, məhkumlara və təqsirləndirilən şəxslərə qarşı humanist yanaşmanın tətbiqi, şəffaflığın artırılması kimi xüsusi əhəmiyyətə malik islahatlara mühüm töhfələr verilib. O, həmçinin şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, əməkdaşların vəzifə borcuna məsuliyyətlə yanaşması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl işlər aparır.
Cəlil Əliyev kollektivində ədalətlilik, ədəb, nizam-intizam və qarşılıqlı hörmət meyarlarının formalaşmasını daim ön planda saxlayır. O, rəhbərlik etdiyi heyətə hər zaman nümunə olur, iş prosesində obyektiv və qətiyyətli mövqeyi ilə kollektivin etimadını qazanır. Təcridxananın strateji əhəmiyyətini nəzərə alaraq, burada çalışan hər bir əməkdaşın hazırlıqlı, çevik və məsuliyyətli olması xüsusi önəm kəsb edir. Cəlil Əliyev bu məsuliyyətin öhdəsindən uğurla gələn rəhbərlərdən biridir.
Onun fəaliyyəti təkcə vəzifə borcunun icrası ilə məhdudlaşmır; o, dövlət başçısı cənab İlham Əliyevin hüquq-mühafizə sistemində uğurla apardığı islahatların öncül dəstəkçilərindən biridir. Azərbaycan Prezidentinin ədliyyə və penitensiar sahələrin müasirləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirdiyi siyasət Cəlil Əliyevin rəhbərlik etdiyi strukturda da yüksək səviyyədə icra olunur. O, qarşıya qoyulan tapşırıqları böyük məsuliyyət, nitqində və fəaliyyətində dövlətçilik mədəniyyəti ilə həyata keçirir.
Cəlil Əliyev daim diqqət göstərdiyi əsas məsələlərdən biri də insan hüquqlarına hörmətdir. O, təcridxanada saxlanılan şəxslərə qarşı ədalətli münasibətin qorunmasını, onların sağlamlıq və hüquqi təminat məsələlərinin yüksək səviyyədə həllini prioritet hesab edir. Bu, onun həm hüquqi biliklərinin, həm də insani dəyərlərinin göstəricisidir. “Hər kəs qanun qarşısında bərabərdir” prinsipi Cəlil Əliyevin iş fəlsəfəsinin təməlini təşkil edir.
Bundan əlavə, o, şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı ilə də fərqlənir. Bu, onun vətəndaşlıq mövqeyinin və insani dəyərlərə bağlılığının bariz nümunəsidir. Cəlil Əliyev həyat yolunda və fəaliyyətində dövlətə, xalqa və torpağa sədaqət kimi müqəddəs prinsipləri əsas tutur.
Bu gün Azərbaycan ədliyyə sistemi öz peşəkarlığı və səmərəli fəaliyyəti ilə seçilirsə, bu, Cəlil Əliyev kimi işinə vicdanla yanaşan rəhbərlərin, əməkdaşların fədakar əməyinin nəticəsidir. Onun rəhbərliyi ilə 3 saylı İstintaq Təcridxanasında xidmət edən əməkdaşlar ölkənin sabitliyi, hüququn üstünlüyü və cəmiyyətin təhlükəsizliyi naminə böyük fədakarlıq göstərirlər.
22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı münasibətilə təbrik
Əziz ədliyyə işçiləri!
Sizi 22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı münasibətilə ürəkdən təbrik edirik! Dövlətçilik ənənələrinin qorunması, qanunçuluğun təmin olunması, cəmiyyətdə ədalət və təhlükəsizliyin möhkəmləndirilməsi naminə göstərdiyiniz xidmətlər daim yüksək qiymətləndirilir. Sizlərin zəhməti Azərbaycan dövlətinin dayaqlarından biridir.
Hörmətli Cəlil Əliyev!
Sizi də bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli missiyanızda daim uğurlar arzulayırıq. Uğurlarınız bol, xidmət yolunuz hər zaman açıq və uğurlu olsun. Dövlətçiliyinizə, peşənizə və cəmiyyətə göstərdiyiniz sədaqətli xidmət hər zaman yüksək dəyərləndirilir.
Ədalətin keşiyində duran bütün ədliyyə işçilərinə möhkəm can sağlığı, güc, dözüm və yeni nailiyyətlər arzulayırıq!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:

Yasamal rayon prokuroru Elman Süleymanov: “Qanunun aliliyinə naminə”
Gündəm, Ölkə
Binəqədi Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərov: ...
Gündəm, Ölkə
Gömrük xidməti polkovnik-leytenantı Ülvi Məmmədovu peşə bayramını təbrik ed ...
Gündəm, Cəmiyyət, Ölkə
Peşəkarlıq və şəxsi keyfiyyətlər
Gündəm, Cəmiyyət, Ölkə
XALQIN ADAMI – Ədliyyə general mayoru Mirsaleh Miradil oğlu Seyidov
Gündəm, Cəmiyyət, Ölkə