Gündəm, Ölkə
08 noyabr 2025
79
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyev: Zəfər Günü – Qəhrəman Ordumuzun və Müzəffər Xalqımızın Şərəfli Tarixi

Azərbaycanın müasir tarixi çoxsaylı şanlı səhifələrlə zəngindir. Lakin bu səhifələr arasında 8 Noyabr – Zəfər Günü öz möhtəşəmliyi, qüruru və əzəməti ilə seçilir. Bu gün xalqımızın birliyinin, mübarizə ruhunun, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq qazanılmış böyük tarixi qələbənin rəmzidir.
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyev bu möhtəşəm bayram münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edərək qeyd edir ki, 8 Noyabr Zəfər Günü təkcə bir hərbi qələbə deyil, həm də xalqın mənəvi dirçəlişinin, milli birliyin və 30 illik həsrətin sona çatmasının təntənəsidir.
Elmurad Quliyev bildirir ki, bu tarixi Zəfər, Azərbaycan xalqının iradəsinin, vətən sevgisinin və milli ruhunun parlaq təcəssümüdür. "44 günlük Vətən müharibəsində xalqımız və ordumuz əl-ələ verərək misilsiz qəhrəmanlıq nümunəsi göstərdi. Hər bir azərbaycanlı o günlərdə döyüş meydanında, cəbhə arxasında və ya informasiya müharibəsində öz payını verdi. Biz bu zəfəri canı, qanı bahasına qazandıq və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu qarşısında daim baş əyəcəyik," – deyə Elmurad müəllim vurğulayır.
Onun sözlərinə görə, bu qələbə həm də Ulu Öndər Heydər Əliyev ideyalarının, dövlətçilik ənənələrinin və güclü rəhbərliyin nəticəsidir. "Heydər Əliyev siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunan qələbə, məhz bu siyasətin bəhrəsidir. Azərbaycan ordusu müasir dünyanın ən qüdrətli ordularından biri olduğunu sübut etdi. Xalq öz liderinin ətrafında sıx birləşərək 'Dəmir Yumruq' kimi düşmənin belini sındırdı," – deyə o əlavə edir.
Elmurad Quliyev xüsusi vurğulayır ki, bu Zəfər təkcə hərb meydanında deyil, həm də mədəniyyətin, musiqinin və ruhun qələbəsidir. Çünki müharibə günlərində musiqi xalqın mənəvi dayaq nöqtəsinə çevrilmişdi. "Musiqi hər zaman xalqın ruhunu yüksəldən bir qüvvə olub. Vətən uğrunda döyüşən igidlərimizə də, cəbhə arxasında çalışan insanlara da musiqi ruh verirdi. Qələbə ruhu ilə yazılan mahnılar, səslənən bayatılar, ifa olunan marşlar bizim milli ruhumuzu gücləndirdi," – deyə Elmurad müəllim bildirir.
O, rəhbərlik etdiyi Niyazi adına Uşaq Musiqi Məktəbinin kollektivinin də bu milli ruhun yaşadılmasına xidmət etdiyini qeyd edir. “Bizim müəllim və şagirdlərimiz bu qürurlu tarixi anları musiqi dili ilə gələcək nəsillərə ötürmək üçün çalışırlar. Şagirdlərimiz Vətənə həsr olunmuş mahnılar ifa edir, şəhidlərimizin xatirəsinə konsertlər təşkil olunur. Biz istəyirik ki, bu zəfərin ruhu hər bir uşağın qəlbində yaşasın,” – deyə o bildirir.
Elmurad Quliyev həmçinin qeyd edir ki, bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün torpaqlarda qürurla dalğalanır. Bu, xalqımızın birliyinin, dövlətimizin gücünün və şəhidlərimizin qanı ilə yazılmış şanlı tariximizin simvoludur. "Biz artıq azad və qalib xalqıq. Qarabağda, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda və Laçında dalğalanan bayrağımız hər bir azərbaycanlının qəlbində əbədi Zəfər rəmzidir," – deyə o qürurla qeyd edir.
Elmurad müəllim bütün xalqımızı bu qürur dolu bayram münasibətilə təbrik edərək deyir:
“Əziz həmvətənlər! 8 Noyabr – Zəfər Günü təkcə bir tarixi hadisə deyil, həm də gələcəyə inamın, milli birliyin və dövlətimizin qüdrətinin təcəssümüdür. Qoy bu bayram hər bir azərbaycanlının ürəyində Vətən sevgisini, birlik və həmrəylik hissini daha da möhkəmləndirsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qoy üçrəngli bayrağımız daim azad göylərdə dalğalansın!”
Bu sözlər Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyevin səmimi duyğularını, Vətənə və xalqına olan dərin sevgisini əks etdirir. O, inanır ki, Zəfər Günü gələcək nəsillərə milli qürur və vətənpərvərlik dərsi kimi daim yaşayacaq.
Bu gün Azərbaycan qalib ölkə, xalqımız isə qalib xalq olaraq tarixdə öz adını qızıl hərflərlə yazıb. Qoy bu Zəfər ruhu hər zaman bizim yolumuzu işıqlandırsın, Azərbaycanımızın gələcək uğurlarına güc versin!
Zəfər Günü mübarək, Azərbaycan!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:

Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliye ...
Gündəm, Ölkə
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “8 Noyabr xalqımızın ...
Gündəm, Siyasət, Ölkə
Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Mahmudov: “8 ...
Gündəm, Ölkə
Cəlilabad bazarın rəhbəri Rizvan müəllim: “8 Noyabr – Azərbaycan xalqının b ...
Gündəm, Ölkə
Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Mobil Aşurov: “8 Noyabr Zəfər ...
Gündəm, Ölkə