Gündəm, Cəmiyyət, Ölkə, Sosial
14 sentyabr 2021
60

Xeyirxahlıq nümunəsi – SƏMƏD CƏFƏROV

Xeyirxahlıq nümunəsi – SƏMƏD CƏFƏROV


















Uzun illər ət məhsulları sahəsində dinamik inkişaf edən, qida bazarında keyfiyyətli məhsulları ilə seçilən və istehlakçıların rəğbətini qazanan “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovla sahənin spesifik xüsusiyyətləri, keyfiyyət və satış problemləri, qida məhsullarının təhlükəsizliyinin qorunmasında şəxsən özü nəzarət edir. Səməd Cəfərov rəhbərlik etdiyi müəssisənin işçi personajına diqqət və qayğısını heç vaxt gözdən qoymur.
Bunlarla yanaşı Səməd Cəfərov özünün xeyirxah əməlləri ilə, şəhid ailələrinə, kimsəsizlərə, Qarabağ veteranlarına, ahıl yaşlı insanlara mütəmadi olaraq ərzaq sovqatları göndərməklə könülləri sevindirir. 2020-ci ildə 44 günlük haqq savaşında da hərbiçilərimizi sovqat payları ilə mütəmadi olaraq təmin edirdi.
“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov və müəssisənin işçi personajı COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edən ahıl və xüsusi qayğıya ehtiyac duyan şəxslərə vaxtaşırı baş çəkirlər.
“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov tez-tez yardım aksiyalarında yaxından iştirak edir, bu kimi vətəndaşları daim diqqətdə saxlayıb, ahıl və kimsəsizlərə maddi yardımla yanaşı mənəvi dayaq olurlar.
Mütəmadi olaraq “Ovçular ət və ət məhsulları” MMC tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi yaş etibarı ilə karantin müddətini evdə keçirən ahıl vətəndaşlara dəstək olmaqdır. Bunun üçün “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov xüsusi fəallıq nümayiş etdirir. Tənha yaşayan ahıl vətəndaşlara qida yardımı ilə yanaşı sosial xidmətlər baxımından da koməklik göstərilir.
Bizdə Redaksiya olaraq kollektivimiz adından “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov belə xeyirxah işlərin davamlı olmasını və “Ovçular ət və ət məhsulları” MMC-nin daha da geniş vüsət alıb işlərində uğurlar arzulayırıq.

Dilşad Əhmədova
Baş redaktor