Gündəm, Cəmiyyət, Ölkə, Sosial
26 sentyabr 2021
368

Qəhrəman şəhid Əli Rüstəmov

Qəhrəman şəhid Əli Rüstəmov
Əli Rüstəmov 1992-ci il avqustun 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub.[1] Şəhid Əli Rüstəmov 1992 ci il 15 avqustda,Cəlilabad Şəhər Çünzəli kəndində dünyaya gəlib.

2016-cı ildə vətənə qayıdan Əli nişanlanıb. 2020-ci il martın 13-də isə ailə həyatı qurub. Daha sonra isə Əli yenidən ordu sıralarına qayıdıb və bu dəfə MAXE kimi işləməyə başladı. Kəşfiyyatçı olan Əli 27 sentyabr döyüşlərində ön cəbəhəyə can atıb. Cəbrayıl, Fizul rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, hərb sahəsini çox sevib və ən böyük arzusu da torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. Müharibəyə gedərkən isə öz yaxınları ilə hallaşıb. Qardaşlarına və qayınına “anam və həyat yoldaşım sizə əmanətdir”-deyərək döyüşə yollanıb.

Oktyabrın 8-də əli qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ailəsi ondan xəbər tutmadığı üçün narahat olub. Telefonlarına da zəng çatmayıb və düşünüblər ki, əməliyyatdadır, özü zəng vurar. 9 Oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 29-dan 30-na keçən gecə Əlinin şəhidlik zirvəsinə ucalması xəbəri ailəsinə çatdırılıb. Şəhidimiz həmin gün böyük izdihamla doğulduğu kənddə son mənzilə yola salınıb. Həyat yoldaşı onun tabutunu çiyninə götürərək qəbiristanlığa qədər aparıb.

Əli o qədər vətənpərvər olub ki, hətta toyunda belə maşınını üçrəngli bayrağımızla bəzəyib. Bu gün Əlinin məzarı nəinki kənd sakinləri, hətta onu tanıyan və tanımayan insanlar tərəfindən ziyarət edilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Cəlilabad Rayon Şahmat Məktəbi şəhidlərimizin Anım Gününü təntənəli şəkildə qeyd etmişlər. Məktəbin direktoru və rayonun şahmat ictimaiyyəti bu təntənəli mərasimdə iştirak etmişlər. İkinci Qarabağ döyüşlərində ən çox şəhid verən rayonlardan biri də Cəliliabad rayonu olmuşdur. Mərasimdə rayonun bütün şəhid ailələri fəal iştirak etmişlər. Şahma məktəbinin direktoru Abbas müəllim yetişməkdə olan gənc nəsli vətənpərvər, qəhrəman şəhidlərimizdən nümunə götürməyi, onlar kimi igid, savadlı, vətənpərvər olmağı tövsiyyə eymişdir.
Bu yaxınlarda keçirilmiş şəhid Əli Rüstəmovun anım günündə də Cəlilabad rayon şahmat ictimaiyyəti xüsusi fəallıq göstərmişdir. Hal-hazırda rayonda şəhidlərimizin xatirəsinə həsr edilmiş idman yarışlarına hazırlıq gedir. Şahmat məktəbinin direktoru Abbas müəllim Cəlilabadlıların şəhidləri olan böyük məhəbbətini, sevgisini nümunə göstərmişdir. Onun fikrincə, gənc nəsil bu tərbiyəni Alman faşizminə qarşı böyük qələbənin 75 illiyi dönəmində öz babalarından aldıqlarını bariz şəkildə dünyaya bir daha təsdiq etmişlər. Faşizmin milləti olmur: istər alman, istər erməni faşizmi bəşəriyyətin ümumi düşmənləridir.
Xeberim.info oxucuları adından bu gözəl təşəbbüsün səbəbkarı kimi Cəlilabad rayon şahmat məktəbin direktoru Abbas müəllimə dərin minnətdarlığımızı bildiririk. Şəhidlər ölməz, vətən bölünməz! Qarabağ-Azərbaycandır!


Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov


Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov
Qəhrəman şəhid Əli Rüstəmov