Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə
22 noyabr 2021
1318
Müasir dövrün müzəffər Ali Baş Komandanı
Sentyabrın 27- də Bakı şəhərində Vətən müharibəsi za¬manı Azərbaycanın ərazi bütövlüyü uğ¬runda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımı¬za ehtiram əlaməti olaraq başda Prezident, Ali Baş Komandan İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla təşkil edilmiş yürüşün şahidi olan hər kəs qürur, iftixar hissi keçirdi. Həm dövlət başçısının, həm də birinci xanımın, eləcə də, yürüşün digər iştirakçılarının əllərində şəhidlərimizin hər birinin foto¬larından ibarət plakatlar aparmaları Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımıza göstərilən ehtiramın ən ali zirvəsi idi.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə müstəsna fəaliyyəti xalqı qələbəyə addım- ad¬dım yaxınlaşdırdı. İlk gündən dövlət başçısının milli vəhdət yaratmaq , xalqı səfərbər etmək qabiliyyəti, xalqı “dəmir yumruq” kimi birləşdirmək əzmi onu Azərbaycan xalqının müzəffər sərkərdəsi zirvəsinə ucaltdı. Xalq öz liderinə – Ali Baş Komandanına inandı, güvəndi və onun ətrafında sıx birləşərək milli həmrəylik nümayiş etdirdi.
Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu. “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində də bir daha vurğuladı ki, "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!"
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
İlqar Nəzərov
“Şərq” İstehsalat Birliyinin direktoru
Daha çox xəbər:
İlham Əliyev - Xoşbəxt günlərimizin memarı
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialZəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialHaqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi
Gündəm, Siyasət, ÖlkəDaha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
ÖlkəAzərbaycanda Anım Günü təsis edildi - SƏRƏNCAM
Sosial