Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, Sosial
22 dekabr 2021
784
Xatırlanan xeyirxah insan
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü millətinə, xalqına sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən insan camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Millət Vəkili Mirkişili Tahir Famil oğludur.
Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Tahir müəllim üçün hər gün yazılan insan ömrünün səhifəsidir.
Atalar məsəli var: “Sağ əl verdiyini, sol əli bilməməlidir”. Araşdırmalarımız nəticəsində bildik ki, Tahir Mirkişili dövlətini, xalqını sevən vətənpərvər ziyalıdır.
Milli Məclisin deputatı, Millət Vəkili Mirkişili Tahir Famil oğlu Azərbaycanda yüksək intellekti, iqtisai-sənaye və sahibkarlıq fəaliyyəti, mənəvi keyfiyyətləri ilə insanların qəlbində açdığı yol geniş vüsət alır. Tahir Mirkişili haqqında yazmaq və onun xeyirxah əməllərini ictimaiyyətə çatdırmaq bir jurnalist olaraq öz peşə fəaliyyətimə söykənərək qürur hissi ilə qələmə alıram. Tahir Mirkişili bir deputat, bir millət vəkili kimi özünün vətənaşlıq borcunu sadiqlə yerinə yetirən Azərbaycanımızın vətənpərvər oğullardandır. Az öncə kimsəsiz bir ailənin yardıma ehtiyacı olduğuna bilən Tahir Mirkişili özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək ailənin bütün maddi tələbatını yerinə yetirdi. Tahir müəllim həmdə COVİD-19 pandemiya dövründə də cənab Prezident İlham Əliyevin siyasətinə dəstək olaraq vətənaşlarımızın qayğısını çəkərək, onların problemləri ilə yaxından tanış olub və həllində birbaşa köməklik göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 2020-ci ilin sentyabr ayında başlanan “Dəmir Yumruq” əks-hücum əməliyyatı, 44 günlük haqq savaşında Tahir Mirkişili dövlət başçısının daxili və xarici siyasətinə sadiq qalaraq ordu-xalq birliyinə qoşularaq silahlı qüvvələrimizə özünün maddi və mənəvi köməkliyini göstərmişdir.
Tahir Mirkişili mütəmadi olaraq kimsəsiz ailələr, Qarabağ qaziləri, Şəhid ailələri ilə görüşərək onların problemləri ilə tanış olub, qayğılarını çəkməyini özünə şərəf bilən dövlətimizə sadiq olan insanlardandır.
Millət Vəkili Tahir Mirkişili ilə həmsöhbət olan zaman fürsətdən istifadə edərək qabaqdan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının 24 dekabrda “60” illik yubileyi münasibəti ilə də dövlət başçısını səmimi qəlbdən təbrik etdi. Cənab Prezidentimizə yorulmaz iş fəaliyyətində uğur, qalibiyyət və zəfər diləyi ilə daha da böyük imzalar atmağı və uzun ömür can-sağlığı arzu etdi.
Bizdə redaksiya olaraq Tahir müəllim-ə insani keyfiyyətlərinə və vətənpərvərliyinə görə gələcək işlərində uğurlar arzu edirik. Həmişə var olun!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Tahir Kərimli: “Azərbaycan üzərində Tarif Şurası adlı bir kabus var”
SiyasətPandemiyanın ən pis təsir etdiyi qurumlardan biri Milli Məclis olub - Tahir ...
CəmiyyətKoronavirusdan vəfat edən Tahir Əlirzayevin son səs yazısı
Hadisə“Planet Parni İz Baku” cərimələnib? — Tahir İmanovdan AÇIQLAMA
Gündəm, ÖlkəBanklarla bağlı qanun paketi hazırlanır
İqtisadiyyat