Gündəm, Ölkə
11 sentyabr 2020
1046
“Planet Parni İz Baku” cərimələnib? — Tahir İmanovdan AÇIQLAMA
Əməkdar artist Tahir İmanov “Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin karantin qaydalarına əməl etmədiyi üçün inzibati protokol yazıldığı barədə yayılan xəbərə münasibət bildirib.
O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu deyib.
“Bu barədə ilk dəfə sizdən eşidirəm. Məsələ ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyəm. Biz heç bir qayda pozmamışıq, hər zaman bütün qanunlara raiyət edirik”,- deyə o, qeyd edib.
Xatırladaq ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.
Qeyd edək ki, bu barədə məlumatı “Report” xəbər agentliyi yayıb.
Daha çox xəbər:
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? — AÇIQLAMA
Şou biznesXüsusi karantin rejiminin pozulduğu hoteldən AÇIQLAMA — VİDEO
ÖlkəSON DƏQİQƏ! Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
Gündəm, SiyasətBəhram Bağırzadə komadan ayılıb — SON DƏQİQƏ!
Şou biznesKarantin cərimələri artırıldı - Yenilənib
Siyasət