Gündəm, Ölkə
11 sentyabr 2020
1093
“Planet Parni İz Baku” cərimələnib? — Tahir İmanovdan AÇIQLAMA

Əməkdar artist Tahir İmanov “Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin karantin qaydalarına əməl etmədiyi üçün inzibati protokol yazıldığı barədə yayılan xəbərə münasibət bildirib.
O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu deyib.
“Bu barədə ilk dəfə sizdən eşidirəm. Məsələ ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyəm. Biz heç bir qayda pozmamışıq, hər zaman bütün qanunlara raiyət edirik”,- deyə o, qeyd edib.
Xatırladaq ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.
Qeyd edək ki, bu barədə məlumatı “Report” xəbər agentliyi yayıb.

Daha çox xəbər:

Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? — AÇIQLAMA
Şou biznes
Xüsusi karantin rejiminin pozulduğu hoteldən AÇIQLAMA — VİDEO
Ölkə
SON DƏQİQƏ! Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
Gündəm, Siyasət
Bəhram Bağırzadə komadan ayılıb — SON DƏQİQƏ!
Şou biznes
Karantin cərimələri artırıldı - Yenilənib
Siyasət