Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial
24 dekabr 2021
395

Haqqa, ədalətə gedən yolun QALİB LİDERİ!

Haqqa, ədalətə gedən yolun QALİB LİDERİ!
Bəli, 2020-ci il, noyabrın 10-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazmaqla, haqqa, ədaləta gedən yolun qalib lideri Ali Baş Komandan, Prezident İlham Əliyev TARİXİ QƏLƏBƏ NİDASINI qoydu. Və Vətən Müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan- Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında TARİXİ MÜQAVİLƏ, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoydu.Noyabr ayının 16-da isə öz Liderinin, xalqının həsrətini çəkən o torpaqlarımızı ilk ziyarət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl torpaqlarına ayaq basdı. Elə həmin torpaqlarda 30 illik həsrətə son qoyan Qalib SƏRKƏRDƏ bildirdi ki, bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi: "Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var".
CƏNAB Prezidnt, 60 illik yubileyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Qələbə sevincini bizə yaşatdığınıza görə bir daha sizə minnətdarlığımızı bildirir, Vətənimizin gələcəyi ilə bağlı planlaşdırdığınız və həyata keçirəcəyiniz işlərdə böyük uğurlar arzulayırıq!

Haqqa, ədalətə gedən yolun QALİB LİDERİ!
Səməd Cəfərov
“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi