Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial
24 dekabr 2021
32

Tarixə qızıl hərflərlə həkk olunan Qələbə

Tarixə qızıl hərflərlə həkk olunan Qələbə
Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi. Xalqımızın şərəf və ləyaqət tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının müzəffər Ali Baş Komandanının və rəşadətli ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün hünər, igidlik və şücaət salnaməsi yazıldı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi ilə mürəkkəb və çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olanların qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Cənab Prezident, Sizə 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində qazanılan Şanlı Qələbə münasibətilə sizə dərin minnətdarlığımı bildirir, 60 illik yubileyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun! Sizə və şanlı Ordumuza Allahdan daha böyük qüvvət arzulayırıq!

Kərami müəllim
Flaqman ət məhsulları şirkətinin rəhbəri