Gündəm, Cəmiyyət, Ölkə, Sosial
22 yanvar 2022
447

“PAYIM” şirkəti - Bizə eşşək, at əti və kardon yedirdirlər...FAKT

“PAYIM” şirkəti - Bizə eşşək, at əti və kardon yedirdirlər...FAKT
Azərbaycanda kolbasa və sosis çox istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir. Nəzərə alsaq ki, yerli istehsal son illər bazarın 80 faizini ələ alıb narahatçılıqlar bir az da artır. Çunki yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Analoji şəraitdə isə heyvanların elektrik cərəyanı ilə öldürülməyib əllə üzü qibləyə və Allahın adi ilə "Bismillah" deyilərək kəsilməsi belə məhsulun halallığına təminat vermir. Bu barədə bir qədər sonra…
"PAYIM" şirkəti hələ də bizi zəhərləyir.
Götürək digər digər istehsalçı olan "Payım" şirkətini. İki il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir sıra kolbasa və sosis çeşidlərinin istehsalına qadağa qoyulan "Payım" şirkəti yenə də istehlak bazarını ət məhsulları ilə təhciz edir. Xatırladaq ki, o zaman şirkət kolbasa və sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu. Həmin ərəfədə "Payım" şirkətinin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlərimiz göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib. Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda "at oynadırlar". "Payım" şirkətinin məhsullarından satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, "Payım" şirkətinə məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.
Azərbaycanda istehsal olunan əksər kolbasaların tərkibinə karton kağızı qatılması, bəzən zibilxanalarda karton yığanların kolbasa sexlərini təchiz etməsi, hətta İrandan məxsusi olaraq bu məqsədlə Azərbaycana karton daşınması, bu səbəbdən də Bakıda hazırlanan kolbasaların dadının tam fərqli olması barədə indiyədək az deyilməyib, az yazılmayıb. Bu günlərdə realmedia.az-ın redaksiyasına daxil olan məlumatda və ona əlavə edilmiş foto-materiallarda marketlərdən toplanmış karton kağızı yüklü maşının "Payım" şirkətinin istehsal sahəsinə daxil olduğu bəlirlənir. Xatırladaq ki, bir müddət əvvəl “halal” sözü yazılmış kolbasasından donuz piyi çıxması, çox keçmədən, Bakıdakı mağazaların birində "Payım" şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasanın aşkarlanması, daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyinin müəyyən edilməsi barədə xəbərlər yayılmışdı.
Məsələ ilə əlaqədar "Payım" şirkətinin rəhbərliyi ilə mövqeyini öyrənməyə çalışacağıq. Hesab edirik ki, məsələnin Qida Təhlükəsizliyi Agentliyi və SMPD Komitəsi tərəfindən araşdırılması zəruridir.
Araşdırmalar davam edir, şok faktlarla sizə təqdim edəcəyik.

Dilşad Əhmədova
Baş redaktor