Gündəm, Cəmiyyət, Ölkə, Sosial
30 aprel 2022
48

XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÜRƏKLƏRİ SEVİNDİRƏN HACI RAUF SƏRDAROV

XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÜRƏKLƏRİ SEVİNDİRƏN HACI RAUF SƏRDAROV
Sumqayit Cümə Məscidinin axundu, Abşeron Sumqayıt Xızı bölgə qazısı Hacı Rauf Sərdarov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Mütəmadi olaraq Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan ailələrə, veteranlara baş çəkərək, onların sosial problemləri ilə yaxından tanış olub və həllində əlindən gələn köməkliyi göstərir.
Hacı Rauf Sərdarov dünyanı bürüyən “Covid-19” pandemiyası dövründə və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə başlana 44 günlük Qarabağ Vətən Müharibəsi zamanı qəsəbənin aztəminatlı ailələri və döyüşdə iştirak iki yüzdən artıq igid oğullarımızın ailələri ilə daim sıx əlaqə saxlayaraq, onların problemlərin həllində yaxından köməklik etmişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Hacı Rauf Sərdarov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Hacı Rauf müəllim Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu əziz gündə bir daha sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!


Dilşad Əhmədova
Baş redaktor