Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
13 iyun 2022
127

Xətai RİH başçısı Rafiq Quliyev ölkə başçısı İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldur

Xətai RİH başçısı Rafiq Quliyev ölkə başçısı İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldur
Əziz oxucularımız bu gün söz açdığımız insan Azərbaycanın tərəqqi yolunda özünəməxsus yolu ilə seçilən, abadlıq-quruculuq işləri ilə məşğul olan, Allahın haqq yolu ilə gedən, həmişə kimsəsizlərin və şəhid ailələrinin yanında olan Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev haqqında danışacağıq.
Bir az bundan öncə təsadüfən yolum Xətai rayonuna düşdü. Yol gedərkən ətrafı seyr edirdim, burda hər bir tikili, hər bir ağac, hər bir çiçək və qurulan hər bir məkan sanki yüksək peşəkarlıq nümunəsi ilə yaradılmışdır. Peşə fəaliyyətim bağlı olaraq buraların kimə məxsus olduğunu və kim tərəfindən inşa olduğunu maraqlanmağa başladım. Dindirdiyim hər bir sakini ağız dolusu ilə bir şəxs haqqında özlərinə çox yaxın bildiklərini, istər mühüm dövlət, istərsə də el tədbirlərində özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən icra başçısı Rafiq Quliyevdən danışdılar.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev vətənə ləyaqət nümunəsi sayılacaq vətənpərvər insanlardan biridir. Rafiq müəllimin müsbət keyfiyyətləri haqqında daha çox yazmaq olar. Sizi Xətai rayonuna seyr etməyə dəvət edirik, hər şeyi öz gözünüzlə açıq-aşkar görə bilərsiniz.
İcra başçısı Rafiq Quliyev şəhid ailələri, qazilərə, ahıl və kimsəsizlərə həmişə qayğı göstərərək onların yanındadlr. Rafiq müəllim Ulu Öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. Və ölkə Prezidentin verdiyi əmr və sərəncamlarına yüksək səviyyədə riayət edir.
Bizdə Redaksiya olaraq Rafiq müəllimi və tabeçiliyndə olan bütün əməkdaşlarına uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik.

Dilşad Əhmədova
Baş redaktor