Gündəm, Cəmiyyət
23 noyabr 2022
18

Monte Karlo şadlıq sarayında şəhid Abbasov Elvin Səxavət oğlunun il mərasimi keçirildi

Monte Karlo şadlıq sarayında şəhid Abbasov Elvin Səxavət oğlunun il mərasimi keçirildi
Xezertv.info xəbər verir ki, "Monte Karlo" şadlıq sarayında şəhid Abbasov Elvin Səxavət oğlunun şəhadətə çatmasının 2-ci il dönümü qeyd olunub. Tədbirdə şəhidin yaxınları, doğmaları, döyüş yoldaşları, tanınmış simalar, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və bir çox vətənpərvər insanlar iştirak ediblər. Təntənəli mərasimin ərsəyə gəlməsində "Monte Karlo" şadlıq sarayının rəhbərliyi və işçi kollektivinin böyük zəhməti olmuşdur. Şəhidimizin ruhuna dualar oxunaraq, ehsan süfrəsi verilmişdir.

P.S. Xüsusilə qeyd etmək istəyirik ki, "Monte Karlo" şadlıq sarayının rəhbərliyi 10-larla bu cür şəhid tədbirlərinin təmənnasız olaraq təşkil eymişdir. Bizdə redaksiyamızın adından zəhməti keçən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk.