Gündəm, Siyasət, Cəmiyyət
29 dekabr 2022
518

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
Hörmətli cənab Prezident.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirərək, siyasi iradəniz, zəngin dövlətçilik təcrübəniz, titanik işgüzar keyfiyyətləriniz, ən əsası isə, xalqa olan dərin məhəbbətiniz nəticəsində Azərbaycan ötən 19 il ərzində böyük inkişaf yolu keçmişdir.
Möhtərəm Prezident, Siz beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanırsınız.
Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı, müzəffər Ali Baş Komandanımız, Siz yazdınız. Sarsılmaz iradəniz, qətiyyətiniz nəticəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldunuz.
Ölkə üçün çətin günlərdə Sizin xarici KİV-lərə çoxsaylı müsahibələriniz praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini əsaslandırmağı bacaran lider olduğunuzu bir daha nümayiş etdirir, xalqın qələbəyə inamını artırırdı.
Tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdınız. Memarı Siz olduğunuz bu böyük əsər millətimiz və dövlətimiz mövcud olduqca qalacaq, Ali Baş Komandanım.
Qazandığınız qələbə ilə Azərbaycan xalqını qalib xalqa çevirdiniz, bir milyon insanı məcburi köçkün adından xilas edib, gələcək nəsillərə örnək, güvən verdiniz.
Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan Sizin qüdrətiniz sayəsində qələbə qazanaraq tarixə düşdü. İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın hərb tarixində bir ad daim yaşayacaq - qətiyyətli Lider, qüdrətli Sərkərdə, fenomenal şəxsiyyət, müzəffər Ali Baş Komandan İlham Əliyev.
Sizin rəhbərliyinizlə Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçərək yüksək hədəflərə nail olacaq, Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.
Artıq iki ilə yaxındır ki, dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki möhtəşəm quruculuq əzminə şahidlik edir. Sizin sayənizdə Qarabağ və Şərqi Zəngəzurda qısa dövr ərzində həyata keçirilən yenidənqurma işləri: Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin yenidən qurulması işğaldan azad olunmuş ərazilərimizin bərpasının möhtəşəm nümunələrindəndir. Bu cür nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi məhz Sizin böyük siyasi iradəsinin təcəssümüdür.
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2023-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 31 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2022-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2022-ci il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycan üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdar olmuşdur. Qarşıdan gələn 2023-cü ildə də Azərbaycanda da tikinti-quruculuq işləri aparılacaq, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.

Hacı Məhərrəm Novruzov
“Qurtuluş 93” MTK-nın rəhbəri
Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev