Gündəm, Siyasət
24 dekabr 2022
340

Müzəffər Ali Baş Komandan Sizi doğum gününüzü təbrik edirik!

Müzəffər Ali Baş Komandan Sizi doğum gününüzü təbrik edirik!
Hörmətli cənab Prezident.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirərək, siyasi iradəniz, zəngin dövlətçilik təcrübəniz, titanik işgüzar keyfiyyətləriniz, ən əsası isə, xalqa olan dərin məhəbbətiniz nəticəsində Azərbaycan ötən 19 il ərzində böyük inkişaf yolu keçmişdir.
Möhtərəm Prezident, Siz beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanırsınız.
Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı, müzəffər Ali Baş Komandanımız, Siz yazdınız. Sarsılmaz iradəniz, qətiyyətiniz nəticəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldunuz.
Ölkə üçün çətin günlərdə Sizin xarici KİV-lərə çoxsaylı müsahibələriniz praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini əsaslandırmağı bacaran lider olduğunuzu bir daha nümayiş etdirir, xalqın qələbəyə inamını artırırdı.
Tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdınız. Memarı Siz olduğunuz bu böyük əsər millətimiz və dövlətimiz mövcud olduqca qalacaq, Ali Baş Komandanım.
Qazandığınız qələbə ilə Azərbaycan xalqını qalib xalqa çevirdiniz, bir milyon insanı məcburi köçkün adından xilas edib, gələcək nəsillərə örnək, güvən verdiniz.
Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan Sizin qüdrətiniz sayəsində qələbə qazanaraq tarixə düşdü. İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın hərb tarixində bir ad daim yaşayacaq - qətiyyətli Lider, qüdrətli Sərkərdə, fenomenal şəxsiyyət, müzəffər Ali Baş Komandan İlham Əliyev.
Sizin rəhbərliyinizlə Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçərək yüksək hədəflərə nail olacaq, Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.
Artıq iki ilə yaxındır ki, dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki möhtəşəm quruculuq əzminə şahidlik edir. Sizin sayənizdə Qarabağ və Şərqi Zəngəzurda qısa dövr ərzində həyata keçirilən yenidənqurma işləri: Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin yenidən qurulması işğaldan azad olunmuş ərazilərimizin bərpasının möhtəşəm nümunələrindəndir. Bu cür nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi məhz Sizin böyük siyasi iradəsinin təcəssümüdür.
Biz gənclər əminik ki, Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq. Gənc alim kimi dünya dövlətlərinə nümunə olacaq siyasi fəaliyyətinizdən bəhrənələrək “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusunda yazdığım elmlər doktoru hazırlığı üzrə dissertasiya işini yekunlaşdıraraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında uğurla müdafiə etdiyimi böyük sevinclə Sizə bildirmək istəyirəm və ölkəmizin fenomenal liderinin siyasi fəaliyyətinin tədqiqini özümün gələcək tədqiqatlarımda da əsas istiqamət seçdiyimə görə şərəf duyuram. Ümid edirəm ki, biz gənclər Sizin şərəfli yolunuzun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Hörmətli cənab Prezident, Azərbaycanın güclü, inkişaf etmiş bir dövlət kimi tanınması və firavan həyatın təmin edilməsi istiqamətində apardığınız gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayır, ölkə gəncləri adından dərin minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident!
"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək - xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istərdim.

Azər Tağıyev
Saatlı rayon Polis idarəsinin rəisi