Gündəm, Cəmiyyət, Ölkə
23 dekabr 2022
295

PREZİDENT İLHAM ƏLİYEV BÖYÜK TARİXİ ŞƏXSİYYİT, BÖYÜK DÖVLƏT XADİMİ VƏ BÖYÜK STRATEQDİR

PREZİDENT İLHAM ƏLİYEV BÖYÜK TARİXİ ŞƏXSİYYİT, BÖYÜK DÖVLƏT XADİMİ VƏ BÖYÜK STRATEQDİR
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı. Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım - addım yaxınlaşdırmaq mümkün oldu. Noyabrın 10-da Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın inamını özünə qaytardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən dövlətimizin başçısı, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində misilsiz uğurlar qazandı. Döyüş meydanında uğurlarımızın miqyası o qədər böyük oldu ki, Azərbaycan heç vaxt hərbi sahədə belə böyük Qələbə qazanmamışdı. Bizim bu qələbəmizin əsas səbəbkarı Azərbaycan xalqının yenilməz sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevdir.
Müzəffər Ali Baş komandan, sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bir yumruq kimi birləşərək həmişə sizi dəstəkləyəcək, bundan sonra da sizin köməyiniz, dayağıniz olacağıq. Mən qürur duyuram ki, sizin kimi Prezidentimiz var.
Yaşa Ali Baş Komandan, həmişə var ol!!!


Mərdan Əliyev
Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi