Gündəm, Cəmiyyət, Ölkə
15 fevral 2023
375

YOL POLİSİ QANUN KEŞİYİNDƏ

YOL POLİSİ QANUN KEŞİYİNDƏ
Hazırki dövürdə Respublikamızda Yol hərəkətilə bağlı insanların həyat və sağlamlığının qorunması bir vəzifə kimi dövlətin qarşısında durur.Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində müasir texniki nəzarət cihazlarının tetbiqi ilə yanaşi yol patrul xidmətinin əməkdaşlarınında rolu xüsusi əhəmiyyet kəsb edir.
Son vaxtlarda yoların genişlənməsilə bağlı xidmətdə olan DYP əməkdaşlarının işinin dahada artmasiına baxmayaraq onlar həmişə öz vəzifələrini layiqincə yerinə yetiriblər.
DYP-nin Saray postunda gecə saat 12 radələrində avtomobilimi saxlayib bir jurnalist kimi xidmətin əməkdaşlarının fəaliyyətini yoxlamaq qərarına gəldim. Avtomobilimə yaxınlaşan və özünü qanuni formada təqdim edən polis inspektoru oldu. Polis kapitanı sürücünün sənədlərinə baxıb yaxşı yol-dedi. Mən avtomobilimdən düşüb jurnalist olduğumu və postda olan xidmətlə bağlı kiçik musahibə aparmaq istədiyimi bildirdim və müsbət rəy aldım. Saray Postu kimi tanınan hərəkətin sıx olduğu yolda yerləşən belə bir postda xidmət etməyindən, sürücülərə lazımı köməklik göstərməyindən danışdı. Öz xidməti işindən tam razı qalan polis inspektoru ilə yanaşı həmsöhbətim postun digər əməkdaşları ilə də oldu. Polis əməkdaşları sürücülərə yuxulu vəziyyətdə avtomobili idarə etməməyi, postlarda avtomobillərini saxlayıb istirahət etməyi və hətta əl-üzünü yumağı məsləhət görürdülər. Gecə vaxtlarında postun komandiri Vüqar Əsgərovla apardığım 15-20 dəqiqəlik müsahibəm məndə xoş təsurrat yaratdı və bu peşənin necədə çətin ve şərəfli olduğunun şahidi oldum. Bəli Saray postunda xidmət aparan əməkdaşlar sürücülərlə ünsiyyət qurmağı onlarla necə rəftar etməylə yanaşı öz vəzifə borclarınıda ləyaqətlə vicdanla yerinə yetirir və gecələr yuxusuz qalmalarına baxmayaraq işlərinin öhdəsindən layiqincə gəlirlər.
Xeberim.info redaksiyasının kollektivi adindan Saray postunda xidmət edən bütün əməkdaşara uğurlar arzulayiram.


Dilşad Əhmədova
Baş redaktor