Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
16 fevral 2023
681

XEYRİYYƏÇİLİK ƏNƏNƏLƏRİ İRSDƏN GƏLƏNDİ

XEYRİYYƏÇİLİK ƏNƏNƏLƏRİ İRSDƏN GƏLƏNDİ
Bu dəfə söhbər açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər indan “Ağ Göl Milli Parkı”n rəhbəri Xəzər Məhərrəmov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Xəzər müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Xəzər müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
“Ağ Göl Milli Parkı”n rəhbəri Xəzər Məhərrəmov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Xəzər müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Xəzər Məhərrəmov böyük genetik irsin varisidir. Xəzər müəllimin uğurları bir iş adamı olaraq Azərbaycan təhsilinə özünəməxsus töhfəsini vermişdir.
“Ağ Göl Milli Parkı”n rəhbəri Xəzər Məhərrəmov ekoloji cəhətdən dünya standartlarına cavab verən, vətəndaşlarımızın asüdə vaxtının səmərəli istifadəsi üçün parkda hər cür şərait yaradıb.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Xəzər müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Dilşad Əhmədova
Baş redaktor