Gündəm, Cəmiyyət, Ölkə
18 fevral 2023
417

Faiq Şahbazlı: - Müdrikliyin və mənəviyyatın zirvəsində

Faiq Şahbazlı: - Müdrikliyin və mənəviyyatın zirvəsində
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi. Əməkdar müəllim Faiq Şahbazlının keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Faiq müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rəhbərlik etdiyi təhsil müəssisəsində müəllim kollektivin və tələbələrin əlindən gələn köməkliyini göstərmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Texnologiya Kollecinin direktoru Faiq Şahbazlıya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Faiq Şahbazlı da bu qəbildən olan insanlardandır. Xeyriyyəçi, sahibkar Faiq müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi. Əməkdar müəllim Faiq Şahbazlı şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Faiq Şahbazlı istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Faiq müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Faiq Şahbazlının şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Faiq Şahbazlı: Bu gün artıq Qarabağlıyıq! Bu sözün hər mənasında – Qarabağlıyıq! Bunun üçün canlarından keçən şəhidlərimizə, döyüşdə yaralanan qazilərimizə sonsuzadək minnətdarıq! Şəhidlərin ailələri, qazilərimiz bizə əmanətdirlər. Onlar şəhidlərin yadigarlarıdır. Geri qaytardığımız torpaqlar qədər, onları da göz bəbəyimiz kimi qorumalıyıq. Dövlətimiz şəhid ailələrini, qaziləri hər zaman diqqət və qayğıda saxlamaqdadır. Onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Yüzlərlə Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur, onlar cəmiyyətimizin əsas və ayrılmaz hissəsini təşkil edir. Şəhidlərin ruhları qarşısında baş əyirik. Onların ruhları şaddır.

Dilşad Əhmədova
Baş redaktor