Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
22 fevral 2023
650

Beyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəfli iqtisadiyyatımıza töhfəsi

Beyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəfli iqtisadiyyatımıza töhfəsi
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”
Heydər Əliyev
Süd məhsulları haqqında məlumat verildiyi zaman, cəmiyyətdə insanlar dərhal inək südü haqqında düşünürlər. Lakin südün keçi südü və ya qoyun südü kimi növləri də var. Xüsusi ilə körpələr üçün əlavə qida kimi istifadə olunur, eyni zamanda böyüklər üçün ən vacib qidalardan biridir.
Süd və süd məhsullarının istifadəsi insan həyatının hər mərhələsində vacib olan sağlam bir qidadır.
Əziz oxucular Sizə bu gün ölkəmizin aparıcı süd zavodundan və onun idarə edən vətənpərvər iş adamı Vüqar Nəcəflidən söhbət açacağam. Vüqar Nəcəfli Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətinə sadiq olaraq ölkədə istehsalın və iş yerinin dayaqlı olmasında mühüm addımlarını atmaqda davam edir. Beyləqan süd zavodunda istehsal olunan süd və süd məhsulları nəinki ölkə daxilində, hətta xarici dövlətlərə ixrac etməklə iqtisadiyyatımıza mühüm təkan vermiş olur. Sözü gedən zavodda Avropa standartlarına cavab verən texnologiyalarla təchiz olunmaqla yanaşı, yüksək səviyyədə gigiyenik qaydalarına riayət olunur.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Beyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəfli Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bəri başdan deyirik ki, Vüqar Nəcəfli təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Vüqar müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Vüqar müəllim həmişə öz yardımsevərliyi ilə şəhid ailələri, qazilərin, kimsəsizlərin yanında olaraq onların qayğısına qalaraq əlindən gələn köməkliyini göstərir.
Beyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəflini tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatçı rəhbər, gözəl insan və əsl Vətən daşı!
Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu. Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə məhz xalq-ordu, ordu-xalq birliyi ilə düşmənə diz çökdürdü.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın vətənpərvər eloğullarımız!

PS: Bizdə redaksiya kollektivi adından Beyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəfli uzun ömür, can sağlığı, işlərində uğurlar arzu edirik. Qeyd etmək istəyirik ki, Vüqar müəllimin qız övladı magistraturaya uğur qazandığı üçün bu münasibətlə onu ürəkdən təbrik edirik, müvəffəqiyyətləri bol olsun.

Hörmətlə
Dilşad Əhmədova
Baş redaktor