Gündəm, Cəmiyyət, Ölkə
03 mart 2023
676

“Zirvə İnşaat” MMC “Qarabağ-Azərbaycandır!” şüarı altında fəhlələrin haqqını mənimsəyir

“Zirvə İnşaat” MMC-nin rəhbərliyi Şuşada görülən işlərdə fəhlələrin haqqını yeyib? – İDDİA.
“Zirvə İnşaat” MMC “Qarabağ-Azərbaycandır!” şüarı altında fəhlələrin haqqını mənimsəyir

Redaksiyamıza Gəncə şəhər sakinləri Elmir və Elyar tərəfindən daxil olan şikayət ərizəsinə əsasən ölkə başçısı cənab Prezident İlham Əliyevin əmr və tapşırığına əsasən Qarabağda gedən yenidənqurma və tikinti işlərinə dövlət büdcəsindən pul ayırmasına baxmayaraq “Zirvə İnşaat” MMC-nin məsul işçisi sayılan Rəfail adlı şəxs fəhlələri Şuşa şəhərində işlədərək, lakin onların dövlətdən ayrılmış pulu verməyərək, öz şəxsi biznesinə istifadə etməklə məşğuldur. Aylardır ki, fəhləlik edib halal pulunu ala bilmirlər. Hətta, fəhələlərlə əmək müqaviləsi belə bağlamamışdır. Rəfail adlı şəxs hər dəfəsində müxtəlif bəhanələr gətirərək Şuşa şəhərində işlətdiyi fəhlələrin pulların verməkdən boyun qaçırdır. Görəsən dövlət başçısı cənab İlham Əliyevin bu olanlardan xəbəri varmı? Cənab Prezident hər çıxışında xüsusi ilə qeyd edir ki, məmurlar sadə vətəndaşların haqqını tapdalanmasın. “Zirvə İnşaat” MMC-nin məsul işçisi sayılan Rəfail adlı şəxs cənab Prezidentin bu göstərişlərinə məhəl qoymamaqda kimə arxalanır? Havadarı kimdir? İçimizdən və yaxud xarici qüvvələrdən?
“Zirvə İnşaat” MMC haqqında daha şok faktlarla sizi tanış edəcəyik.
Bizi izləyin...
Əks tərəfin mövqeyini dinləməyə hazırıq.

Xeberim.info