Gündəm, Cəmiyyət, Ölkə
05 mart 2023
590

YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR

YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR

“Ağ Çiçəyim” rəhbəri Hacı Ceyhun hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin yanındadır.
Bu dəfə söhbər açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz “Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Hacı Ceyhun özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Hacı Ceyhun öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
“Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Hacı Ceyhun Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir. Dövlət əhəmiyyətli və şəhid tədbirlərinə təmənnasız olaraq “Ağ Çiçəyim” şirkətlər qrupu olaraq gül çələngləri göndərməklə özünün mənəvi insanlıq borcunu yüksək səviyyədə yerinə yetirir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Hacı Ceyhun böyük genetik irsin varisidir. Hacı Ceyhun uğurları bir iş adamı olaraq Azərbaycanda yeni iş yerlərinin açılmasında özünəməxsus töhfəsini vermişdir və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı uğurlu siyasətinin dəstəklənməsi deməkdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Hacı Ceyhun olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq. Əzizimiz Hacı Ceyhun sizə işlərinizdə uğurlar diləyirik. Allah gördüyünüz hər bir işinizi xeyir əməl dəftərində savaba yazsın. Allah amanında olun həmişə.

Dilşad Əhmədova
Baş redaktor