Gündəm, Ölkə
17 mart 2023
381

Dövlət Yol Polisinin fəaliyyəti və qarşıda duran vəzifələr

Dövlət Yol Polisinin fəaliyyəti və qarşıda duran vəzifələr
Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.
Dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.
Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək.
İctimai təhlükəsizliyin təmin edilməsi dövlətin və cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biridir. İctimai təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsi olub insan hüquq və azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial rifahın inkişafı vasitəsilə mümkündür.
Şəxsiyyətə, cəmiyyət və dövlətə qarşı yönəlmiş istənilən təhlükə sosial sistemin və ya mühitin keyfiyyət və kəmiyyət göstəricilərinin dəyişməsinə səbəb ola bilər. Bu zaman təhlükəsizliyi təmin edən obyektlərin normal fəaliyyəti pozulur və ya qeyri-mümkün olur. Təhlükəsizlik geniş mənada dövlətin, cəmiyyətin, şəxsiyyətin mühafizə edilməsi və müdafiəsini təmin edən iqtisadi, siyasi, təşkilati, hüquqi və digər tədbirlərin məcmusudur.
İctimai təhlükəsizlik insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının, mülkiyyətinin, cəmiyyətin və dövlətin davamlı inkişafını təmin edən maraqların mühafizə olunma vəziyyətidir. İctimai təhlükəsizliyin təmin edilməsi polisin əsas vəzifələrindən biri olaraq insan və vətəndaş hüquq və azadlıqlarına qarşı yönəlmiş ictimai təhlükəli hadisə və ya əməllərin yaratdığı təhlükənin azaldılması, qarşısının alınması və aradan qaldırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan Rayon 4 saylı Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi,Polis Polkovnik Leytenantı Anar Cəfərov: Respublikada qurulmuş müasir avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qanunvericiliklə həmin vəzifələrin yerinə yetirilməsi Daxili İşlər Nazirliyinin dövlət yol polisi xidmətinin üzərinə qoyulmuşdur. Bunun üçün nazirliyin aid qurumlarında lazımi şərait yaradılmış, müasir texnoloji avadanlıqlar quraşdırılmış və xidməti nəqliyyat vasitələri ilə tam təmin olunmuşdur. Dövlət Yol Polisi yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə toxunaraq nazirliyin aid qurumu tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparılıb təkliflər verilməsi, bu sahədə aid orqanlarla qarşılıqlı əlaqəli işlənilməsi, hərəkəti nizamlayan texniki və elektron vasitələrin quraşdırılması, dəyişdirilməsi, ləğv edilməsi, təkmilləşdirilməsi üçün təşəbbüskarlığın artırılması, maarifləndirmə işinin gücləndirilməsi istiqamətində işlər həyata keçirilmişdir. Bununla bağlı yol patrul xidməti inspektorunun vəzifə təlimatı yenidən hazırlanmış, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əməl edilməsi istiqamətində nəzəri-praktik məşğələlər təşkil olunaraq təcrübəli əməkdaşlar tərəfindən tədris olunmuşdur. Bundan sonra da əməkdaşların nəzəri və peşə biliklərinin artırılması diqqətdə saxlanılmalı, sahəvi qanunvericiliklər dərindən öyrənilməli və xidmət əməkdaşları fəaliyyətlərində rəhbər tutmalı, yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına ciddi nəzarət etməli, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati icraatın aparılması işi düzgün yerinə yetirilməlidir.
Yol-nəqliyyat hadisələrinin təhlili və qarşısının alınması mühüm əhəmiyyətə malikdir. Nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqətin artırılmasıdır. İlk növbədə, maarifləndirmə, yol hərəkəti qaydalarının öyrədilməsi, izahı həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, respublikada nəqliyyat infrastrukturu, demək olar ki, tamamilə yenilənib. Ona görə də yollardan səmərəli istifadə, yolların çirkləndirilməməsi, dağıdılmaması üçün maarifləndirmə əsas şərtlərdəndir. Bunun üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə yanaşı, əmək kollektivlərində, kəndlərdə, məktəblərdə ictimai maarifləndirməyə ehtiyac vardır. Bundan əlavə, yol hərəkəti təhlükəsizliyi üçün real təhlükə olan hallarda, yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər etməli, yol-nəqliyyat hadisələrinin səbəbləri, daha çox baş verdiyi ərazilər araşdırılmalı, nəzərə alınmalı, bu zaman hərəkəti nizamlayan texniki vasitələrin quraşdırılması, ləğv edilməsi, dəyişdirilməsi üçün təkliflər verilməlidir. Yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmasın. Lakin sürücülərin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə törədilən qəzalar yol-nəqliyyat hadisələrinin əksər hissəsini təşkil etməkdədir. Ona görə də sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanlar obyektiv olmalı, sürücü hazırlığına peşəkar yanaşılmalı, minimum tələblərə cavab verməyən şəxslər yol hərəkəti iştirakçısına çevrilməməlidir. Bununla yanaşı, yol hərəkəti iştirakçılarının nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər görülməlidir. Yollarda dayanma, durma qaydalarına riayət olunmasına, yolun hərəkət hissəsinin daim açıq qalması üçün birtərəfli parklanma vərdişlərinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan Rayon 4 saylı Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi,Polis Polkovnik Leytenantı Anar Cəfərov xüsusi ilə vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz və şəhidlərimizin qanı bahasına 30 il həsrətində olan Qarabağımız işğaldan azad olundu. Cənab Prezident Qarabağda yenidənqurma işlərinin həyata keçirilməsində əmr və sərəncam imzaladı və bununla yanaşı ilk növbədə yol infrastukturun qurulması və yol təhlükəsizliyin təmin olunmasında böyük işlər görüldü. Azərbaycan yolları dünya standartlarına cavab verən texnologiyalar üzərində qurulur və inşa edilir. Bunun üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.


Anar Cəfərov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan Rayon 4 saylı Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi,Polis Polkovnik Leytenantı