Gündəm, Cəmiyyət, Ölkə
21 aprel 2023
348
HİPPOKRAT ANDINA SADİQ HƏKİM
Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir.
“Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.
Yazımın əsas qəhrəmanı, haqqında söz açacağım insan, şəfalı əllərin sahibi, insanların ümid yeri Mir Yaqub Yəhya oğlu Abdullayev həkimlik peşəsinin layiqli təmsilçilərindəndir.
Gəlin ilk olaraq bu dəyərli insanın keçdiyi şərəfli və gərəkli ömür yoluna nəzər salaq:
Mir Yaqub Yəhya oğlu Abdullayev 1953-cü ildə Füzuli rayonunun Kürmahmudlu kəndində dünyaya göz açıb. Orta məktəbi fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. 1977-ci ildə Tibb İnstitutunun internaturasını bitirib.Füzuli Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsində ilk iş fəaliyyətinə başlayıb. Məlum Qarabağ hadisələri ilə bağlı hər kəs kimi o da həmin hadisələrdən kənarda qalmayıb.1992-ci ildə öz xahişi ilə Silahlı Qüvvələrin Tibb İdarəsində Milli Ordunun Hərbi Qospitalında həkim işləyib.N saylı Hərbi Birləşmənin əvvəlcə Tibb Taborunda cərrahiyyə şöbəsinin rəisi,Tibb taborunda Tibb Xidmət rəisi vəzifələrində fəaliyyətinə davam edib. Tibb Xidmət mayoru olub. 2000-ci ilə qədər ərazidə gedən bütün müharibə yaralılarına və.s kömək edib. Minlərlə yaralını həyata qaytarıb döyüş bölgələrinə göndərib. Tərxis olandan sonra da öz doğma Vətənində-Füzuli rayonunda qalıb işləyib. Dövlətimiz də Nir Yaqub həkimin fəaliyyətinə biganə yanaşmayıb xidmətini yüksək qiymətləndirib. Milli Ordunun Baş Tibb İdarəsi rəhbərliyi tərəfindən, xidmət etdoyo korpus rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunub. Mir Yaqub Yəhya oğlu Abdullayev 2000-ci ildən ordudan tərxis olub, mülki həyatda, Bakı şəhər 1 saylı Dəmiryol Xəstəxanasının Cərrahiyyə şöbəsində fəaliyyətini davam etdirib. Ailəlidir, Mir Saleh adlı 1 oğlu, Süsən və Sevinc adlı 2 qızı var.
Oğlu Mir Saleh də cərrah, qızı Süsən və Sevinc xanım həkimdir.
Mir Yaqub həkimlə müsahibə zamanı bir yazar kimi məni maraqlandıran belə bir sualla müraciət etdim: Mir Yaqub həkim, son zamanlar ən çox eşitdiklərimə və gördüklərimə əsaslanaraq belə qənaətə gəlmək olar ki, öd daşı xəstəliyinə yaşı 35-dən çox olan qadınlarda daha çox rast gəlmək mümkündür. Və buna da səbəb çox hallarda hamiləlikdən qorunduqları zaman qəbul etdikləri kontroseptik dərman preparatlarıdır. Bu fikrimlə razısınızmı?-siualını bir mənalı olaraq belə cavablandırdı.
_ Fikrinizə hörmətlə yanaşıram və düşünürəm ki, öd daşı xəstəliyindən əzab çəkən qadın xəstələrə daha çox rast gəlmisiz və onlarla ünsiyyət quraraq belə qənaətə gəlmisiz və onlar özləri bu preparatdan istifadə etdiklərini bildiriblər. Ancaq mən bir həkim-cərrah olaraq belə deməzdim. Eynilik təşkil edir, desəm,daha doğru olar.İlk olaraq, bir həkim kimi, sağlamlığını qorumaq istəyən hər kəsə (cinsiyyətindən asılı olmayaraq) məsləhətim budur ki, həkim məsləhəti olmadan heç bir dərman preparatlarından istifadə etməsinlər.
_ Həkim,xahiş edirəm öd daşının yaranmasının səbəbi ilə bağlı dəyərli oxucularımızı məlumatlandırardınız.
Öd daşının tərkibi xolesterin, piqment və kalsiumdan ibarət olur. İnsan orqanizmində əsasən 3 amil bu xəstəliyin yaranmasına gətirib çıxarır:
Maddələr mübadiləsinin pozulması;
Öd kisəsinin divarında olan iltihabi proses;
Ödün onikibarmaq bağırsağa nəqlində olan pozğunluqlar nəticəsində öd durğunluğu və daşın yaranması;
Əksər hallarda şəkərli-diabet və piylənmədən əziyyət çəkən xəstələrdə maddələr mübadiləsi pozğunluğuna görə öd daşları əmələ gəlir. Öd daşının əsas simptomları-kisədə olan daşın boyun nahiyyəsinə toxunması toxunması nəticəsində kəskin ağrıların baş verməsidir. Ağrılar sağ çiyinə, sağkürəkaltı sahəyə, bəzən isə ürək istiqamətində yayılır. Bəzi hallarda xəstədə öd daşı başqa xəstəliklərin müayinəsi zamanı ortaya çıxır. Bu lal daşlar öddə fəaliyyətsiz qalsa da bir müddətdən sonra onların əməliyyatı mütləqdir. Öd həmlələri zamanı xəstədə fasiləsiz qusmalar, öyümələr olur ki, bu da onun halının pisləşməsinə gətirib çıxarır.
-Mir Yaqub həkim, öd daşını xalq təbabətindən istifadə yolu ilə salmaq mümkündürmü?
Mən öd daşı xəstəliyindən əziyyət çəkən bütün insanlara üzümü tutub, deyirəm.
_ Xeyir, bu mümkün deyil. əksinə, təbii otlardan istifadə əks təsir gəstərərək, sizi ölümlə qarşı-qarşıya qoya bilər. Öddə daş yoxdursa, yalnız onun funksiyasında pozğunluq varsa, o zaman təbii otlardan istifadə etmək olar.
_Həkim, öd daşı xəstəliyindən əziyyət çəkənlərə hər hansı bir dəyərli məsləhətlərinizi eşitmək, dəyərli oxucu kütləsinə çatdırmaq istərdim.
_Bildiyiniz kimi xəstəliyin müalicəsində pəhriz əsas yer tutur. Yağlı, piyli qidalardan, spirtli içkilərdən imtina edilməli, mədə həddindən artıq yüklənməməlidir. Öd yollarının fəaliyyətini yaxşılaşdıran dərman preparatlarından, təbii vasitələrdən istifadə müsbət nəticə verir. Mineral sulardan “Badamlı”, “Sirab ”, “Yesentuki 17 ” içmək xeyirlidir. Öd daşı olan xəstələr ödqovucu xüsusiyyətə malik qidalar qəbul etməməlidir. Onlara yumurta, doşab, qoyun əti yemək zərərlidir.
Dəyərli insan, gözəl həkim sizə son olaraq ətraflı müsahibəniz, dəyətli məsləhətləriniz üçün öz dərin minnətdarlığımı bildirir və bütün oxucularımızı məlumatlandırmaq istəyirəm ki, Mir Yaqub həkimə müraciət edən hər bir xəstə nəinki onun müayinəsindən, ən əsas olk növbədə onun şəfalı əlindən xeyir görür. Mən bunun canlı şahidiyəm.
P.S. Əziz oxucu, təki sağlam olun, heç bir zaman sağlığınızdan şikayətiniz olmasın. Yox əgər olarsa və bu şikayətiniz də cərrahlıq olarsa bu zaman Mir Yaqub həkimə müraciət etməyi onun həm əlinin, həm də müayinəsinin şəfasından yararlanmağı sizə tam əminliklə məsləhət görürəm.
Biz də Xeberim.info olaraq öz növbəmizdə Mir Yaqub Abdullayevə məsuliyyət tələb edən çətin və şərəfli işində yorulmazlıq arzulayır, qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, etdiyi duaların, tutduğu orucun,qıldığı namazın Allah dərgahında qəbul olmasını və bu dualardan elimizə, obamıza və hər birimizə pay düşməsini arzulayıram.
Qoy bu Müqəddəs ayda xalqımızın üzünə açılan səhərlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dünyamıza sülh-əminamanlıq gətirsin.
Bir daha Müqəddəs Ramazan bayramınız mübarək, MirYaqub həkim.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
YAŞADAN YAŞAYIR...
Gündəm, ÖlkəHİPOKRAT ANDINA SADİQ OLAN – ƏSL VƏTƏNDAŞ, T.Ü.F.D., DOS., K.Y.FƏRƏCOVA ADI ...
Gündəm, Cəmiyyət, ÖlkəŞəfalə əllər sahibi - həkim Nigar Mehdiyeva
Gündəm, Cəmiyyət, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ
Gündəm, Cəmiyyət, ÖlkəQara ciyəri qorumaq üçün — SADƏ MƏSLƏHƏTLƏR
Maraqlı