Gündəm, Ölkə
05 may 2023
41387
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü ilə Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin yüz İlliyinə həsr olunmuş təqdimat mərasimi keçirilib
Mərasiminin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü böyük hörmət və ehtiramla yad etmək, ölməz xatirəsini əbədiləşdirmək, eyni zamanda onun şərəfli həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaq olub.
Tədbirdə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin idarə heyəti, ictimai fəallar, dövlətini və xalqını sevən iş adamları, şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları olan qazi, veteranlar və media nümayəndələri iştirak ediblər.
Birlik sədri Yasəmən Qəyyumlu tədbir iştirakçılarının qarşısında çıxışı zamanı bildirib ki, Azərbaycan xalqınının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev yeni Azərbaycanın memarıdır. 1990-cı illərin əvvəllərində ölkəmizin təcavüzə məruz qaldığı, müstəqilliyimizin az qala itirilcəyi bir vaxtda xalqımızın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider əsl xilaskar kimi tarixə düşdü. Ölkədə yaranmış xaos, parçalanma təhlükəsinin qarşısını qəti iradəsi, müdrikliyi və idarəçilik təcrübəsi sayəsində aldı. Bütün məkirli oyunların qarşısını qətiyyətlə alan dahi liderin apardığı siyasətin nəticəsində bütün dünya yeni Azərbaycanı qəbul etməyə, onunla hesablaşmağa başladı. Xalqın milli kimliyi, milli təfəkkürü özünə qaytarıldı.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa çəkiləcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq və daha yüksək zirvələri fəth edəcək.
Bu gün onun onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan yeni Azərbaycanı layiqincə qoruyur və Azərbaycan dövlətini layiqincə idarə edir. Ulu Öndər Heydər Əliyevin arzulayırını çin edən cənab Prezident İlham Əliyev iki əsirlik tarixə yeni səhifə yazdı.
Qarabağ torpaqlarını düşməndəm azad etdi və Azərbaycan xalqına Zəfər sevincini yaşatdı.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin yüzlərlə üzvü var. Onlar şəhid ailələri, qazilər, veteranlar, fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailələr və ictimai fəallardır. Bu gün də 100-ə yaxın şəhid ailələrinə, qazilərə və veteranlara Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar üzvlük vəsiqələrinin verilməsi nəzərdə tutulub.
Bundan əlavə çıxış edən hər kəs Heydər Əliyevin nümunəvi, çoxşaxəli iş fəaliyyətindən və uğurlu siyasətindən söz açıblar.
Tədbirin sonunda Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinə üzv olmaq üçün sənədlərini təqdim edən şəxslərə üzvülük vəsiqələri, "Zəfər Diplomu" təqdim olunub, xatirə fotosu çəkilib. Tədbir Birliyin baş ofisində keçirilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi
Daha çox xəbər:
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid a ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idar ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adınd ...
Gündəm, Dünya, CəmiyyətQayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi "Böy ...
Gündəm, Cəmiyyət, Ölkə