Gündəm, Ölkə, Bölgə
19 may 2023
367
ATİAHİ-nin İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardandır
Dünyaya göz açan hər bir kəsin öz əməli, öz cığırı olur. Bu da əzəli məlum, sonu tanrının qismətindən asılı ömür yoludur. Bu yolu şərəflə, ləyaqətlə, inam və imanla addımlayan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov, vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir. Müasir mediada çox hadisələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verirki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala Onun haqqında da belə düşünəcəkdik.
Amma...Amması odur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov vəzifənin hörmətə mindirdiyi yox, fəzifəni hörmətə mindirən vəzifə sahiblərindəndir.
...Adının çəkilməsini istəməyən, Azərbaycanın tanınmış jurnalistlərindən biri Əlimirzə Şirinovu yaxından tanıdığını deyir. “Fürsət düşdükcə Əlimirzə müəllimlə görüşürəm. Söz sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar, çox ziyalı, lazım olanda yumşaq, lazım olanda həm də sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə “zəif” cəhəti varki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda o, insanı xüsusiyyətindən irəli gələrək, başa salır ki, bu belə olmaz, belə deyil. Mümkün və sona qədər başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlirki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edirki, cəmiyyəti inzibati üsullarla deyil, sözlə də islah etmək olar.”
...Bütün deyilənləri, yazılanları kənara qoyaraq, bir elin, obanın təəssübünü çəkən fədakar bir insan kimi tanıdığımız Əlimirzə Şirinov haqqında bəzən bədhaqlar tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara gerçək olan cavabı verək: bəri başdan deyirik ki, Əlimirzə müəllim təsəvvürümüzə gətirmədiyimiz dərəcədə zəngindir.
Brilyant, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın təmiz, saf qəlbi var. Neyləsin ki, xalqına el-obasına bu qədər bağlıdır. Saysız-hesabsız ehtiyacı olanlara “Əl tutmaq, Əlidən qalıb” deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət...! Siz isə görün nələrdən danışırsız. Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini əlavə etsək onda böyük bir xəzinə yaranar. Əsil Xeyirxahlıq “İnqilab”ı budur, başqa məmurlara örnək olmaq. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Əlimirzə Şirinovun böyük, tükənməz xəzinəsi var” deyib-sadəcə siz baş-ayaq anlamısınız...
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarix boyu olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi prosseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi bu problem məni həmişə düşünndürüb. Qəti qərara gəlmişəmki, yaxşılara yaxşı deməyin onlara əsil qiymətini verməyin vaxtı yetişib. Yaxşıların yaxşı olduğunu deməklə, kimin kim olduğunu deyirik. Yaxşılara yaxşı deməklə, onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini də onlardan örnək götürməyə səsləyirik. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə öz işində həmişə nümayiş etdirdiyi prinsipiallığı, ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı kütləvi imformasiya vasitələrində az da olsa, çəkilsə də mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı dolğun informasiya əldə etmək asan deyil. Onu yaxından tanıyan bir çox insanlar bu halın yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan xoşlanmaması ilə əlaqələndirirlər. Əlbətdə ki, bu keyfiyyətlər insana ancaq baş ucalığı gətirir.
...İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinovu tanıyanlar tanıyır, tanımayanlara ərz edirik ki, o vətəni, xalqı uğrunda fədakarlıq göstərən əqidə sahibidir. Bəli insan var olduğu dövr üçün çalışdığı kimi, həyatda olmayacağı dövr üçün də çalışıb gələcək nəsillər üçün gözəl şərait, ədalətli quruluş, ləyaqətlə yaşayıb, ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət Gün İşığı kimidir. Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər-yüksək qabiliyyəti ilə seçilən təşkilatçı rəhbər, gözəl insan, əsil Vətən daşı.
Şəfa Paşayeva
Redaktor
Daha çox xəbər:
Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov ...
Gündəm, Ölkə, BölgəBeyləqan süd zavodunun rəhbəri Vüqar Nəcəfli iqtisadiyyatımıza töhfəsi
Gündəm, Cəmiyyət, Ölkə, BölgəVəzir Həsənov - Nümunəvi rəhbər, Gözəl insan - Əsl vətəndaş
Gündəm, Cəmiyyət, ÖlkəŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Dövlət Yol Polisinin Müşfiq postunun komandiri Ürfət ...
Gündəm, Cəmiyyət, Ölkəİşini vicdanla yerinə yetirən Bərxudar Bərxudarov haqqında yazılanlar böhta ...
Gündəm, Cəmiyyət, Ölkə, Bölgə