Gündəm, Cəmiyyət, Ölkə
01 iyun 2023
216
Peşəkarlıq və şəxsi keyfiyyətlər
Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası
İxtisaslaşdırılmış Müalicə Müəssəsinin rəisi, ədliyyə polkovniki Anar Məmmədov yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz fəaliyyəti ilə təkcə işlədiyi müəssisədə deyil, yaşadığı yerdə, dost-tanış və qohum-əqraba arasında da fəaliyyəti ilə olduqca qürurvericidir.
Düşünürəm ki, işə qəbul ediləcək insanların sahəvi bilik və bacarıqları ilə bərabər həm də şəxsi və əxlaqi keyfiyyətləri çox mühimdir. Bəzi hallarda insanın bu keyfiyyətləri sahəvi biliklərindən daha da üstün tutulur. Bu gün bəhs etdiyimiz insan bu cür keyfiyyətlərlə daha zəngindir. Bu da onu göstərir ki, şərəf, ləyaqət və vicdan hissi insanlara irsdən və kökdən gələndir.
Anar Məmmədov işlədiyi müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, hadisələrə geniş baxışı ilə iş təcrübəsində yeni bir səhifəni açmış oldu. Bu da öz növbəsində idarəetmədə xarakter əsas səbəblərdən biridir. Anar müəllimin fəaliyyəti geniş bir sahəni əhatə edir. Bildiyiniz kimi ictimaiyyətlə işləmək çox çətin olduğu kimi, həm də mürəkkəbdir. Qaldı ki, cəzaçəkmə müəssisəsində cinayət törədib islah olunması üçün qapalı bir şəraitdə həmən şəxslə həm hüquqi, həm psixoloji, həm də ki, sosial cəhətdən təlimatlar keçərək yenidən ictimaiyyət arasına transfer etmək çox məsuliyyət tələb edir. Baxmayaraq ki, işin ağırlığı və məsuliyyətliliyi çox olsa da, Anat müəllimin öhdəsindən professionallıqla gələ bilir. Buaradan belə qənaətə gəlmək olar ki, Anar müəllimin həm savadı, həm ləyaqəti, həm də dövlətə sədaqəti başqa məmurlardan fərqləndirir. Cəzaçəkmə müəssisəsində xüsusi ehtiyacı olan məhbuslara diqqət və qayğısı ilə özünün fərdi keyfiyyətləri ilə fərqlənir Anar müəllim.
Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Anar Məmmədovdur.
Anar müəllim yüksək insanlığı ilə seçilən bir insan və cəzaçəkmə müəssisəsinin rəisidir!
Anar müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Cəzaçəkmə müəssisəsində elə məhbus yoxdur ki, Anar müəllimin diqqətindən kənarda qalsın. Yəni xeyirxahlıq, humanizm, səmimiyyət, insansevərlik, vətəndaş təəssübkeşliyi, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, hüquqların qorunması və təbliği və digər fəaliyyət istiqamətləri Anar müəllimin həyat amalına çevrilib və zaman-zaman bu fəaliyyət daha geniş sahələri əhatə etməkdədir.
Anar müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri cəzaçəkmə müəssisəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda İxtisaslaşdırılmış Müalicə Müəssəsinin rəisi Anar Məmmədov özünü doğruldub.
Bizdə hörmətli Anar müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Mehralıyev Rəfail İsa oğlu səmimi, zəhmətkeş, fədakar insandir.
GündəmLaçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
GündəmKönül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, Ölkə"Ovqat” ət və ət məhsulları məhsulların halallığına tam zəmanət verir - ÖZ ...
Gündəm, İqtisadiyyatNicat müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
Gündəm, Cəmiyyət