Gündəm, Cəmiyyət, Ölkə
01 iyun 2023
198
İmişli rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqları sevək" adlı tədbir keçirilib
Bu gün “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Şənlikdə şəhid övladları, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli uşaqlar iştirak ediblər.
Tədbirdə İmişli rayon icra hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyəti və media nümayəndələrinə xüsusi yer verilib.
Çıxış edən natiqlər uşaqların bayramını təbrik edib, onlara xoşbəxt gələcək arzulayıblar.
Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müxtəlif cür layihələr həyata keçirilir.
O, qeyd edib ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət onun layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu sahədə xüsusi əhəmiyyətli proqramlar həyata keçirilir. Tədbir konsert proqramı ilə davam etdirilib. İmişli rayon mədəniyyət evinin fəalları öz bacarıqlarını göstəriblər. Biri birindən gözəl rəqslər edilib, mahnılar oxunub və şeirlər söylənilib. Onların hazırladıqları maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda tədbirdə iştirak edən bütün uşaqlara
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub. Tədbiri "Zəfər yolu" inşa müsabiqəsinin qalibi Səmra Muxtarova yüksək səviyyədə idarə edib. Birlik sədri Yasəmən Qəyyumlu
xüsusi dəstəyə görə Elçin şadlıq sarayının rəsmisi Gülnarə xanıma təşəkkürünü bildirib.
Tədbir İmişli rayonunda fəaliyyət göstərən "Kral" şadlıq sarayında keçirilib.
Tədbirdə üç yüzə yaxın insan iştirak edib.
Fərid Səfərov
Birliyin mətbuat katibi
Daha çox xəbər:
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüs ...
Gündəm, ÖlkəQHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara b ...
Gündəm, CəmiyyətQayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi "Böy ...
Gündəm, Cəmiyyət, Ölkə