Gündəm, Ölkə, Bölgə
05 iyun 2023
572
ARZU BƏNDƏLİYEVƏ XOŞ ARZULARLA
Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
-Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır.
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
Bu müdrik kəlamları elə-belə xatırlamadım.Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm.O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır.
Bu, sözü, əməli, fikri xeyirlə yoğrulmuş, 5 iyun 1964-cü il tarixdə dünyaya göz açan insan Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Zakir oğlu Bəndəliyevdir.
Arzu Bəndəliyev vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Arzu Bəndəliyevin sözünün əvvəli-axırı insandır, insanlıqdır.İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Arzu müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Arzu Bəndəliyev bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Arzu Bəndəliyevdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir. Bəli, hər bir kəsə öz doğma insanı kimi dəyər verən Arzu Bəndəıiyev onların hər birinə ata qayğısı ilə yanaşır, səmimi rəftar edir.
O,sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Arzu müəllim dəyişməz olaraq qalır.
Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər, deyə tövsiyyə edir.
Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Arzu müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyevə 5 iyun 2023-cü ildə ömrünün 59-cu ilinə qədəm basması münasibətilə təbrik edir, sağlıqlı uzun ömür arzulayır, çətin və şərəfli işində uğurlar diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi çətin və məsuliyyət tələb edən peşəsində səbir diləyirəm.
Bir daha doğum gününüz mübarək,Arzu müəllim!
Daha çox xəbər:
Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, ÖlkəNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
Gündəm, Cəmiyyət, ÖlkəVəzir Həsənov - Nümunəvi rəhbər, Gözəl insan - Əsl vətəndaş
Gündəm, Cəmiyyət, ÖlkəVətən üçün yaşanan ömür -Tural Hüseynov
Gündəm, ÖlkəXatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, Sosial