Gündəm, Cəmiyyət, Ölkə
25 iyun 2023
321

DÖVLƏTƏ SƏDAQƏT ANDI, İŞİNİN PEŞƏKARI...

DÖVLƏTƏ SƏDAQƏT ANDI, İŞİNİN PEŞƏKARI...
Müsahibimiz Salyan Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Muradov Rəşad Kərəm oğludur. Rəşad müəllim çalışdığı bu müddət ərzində rayon sakinlərinin dərin rəğbətini qazanmışdır. Rəşad müəllim hər zaman dövlətimizin, milli dövlətçilik ənənələrimizin inkişaf etməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə aşınılmasında əməyi çox böyükdür. O, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə hər zaman diqqət və qayğı ilə yanaşmış, onların ailə vəziyyətləri və sosial durumları ilə daim maraqlanmışdır. Onlara üzləşdikləri problemlərin həll olunması üçün hər cür yardım göstərmiş, əlindən gələn bütün köməklikləri əsirgəməmişdir.
Rəşad müəllim hər bir zaman müasir və müstəqil Azərbaycanımızın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalmış, öz fəaliyyəti ilə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü uğurlu siyasəti dəstəkləmişdir.
Bütün bu deyilənlərlə yanaşı Rəşad müəllim həm də olduqca sadə və təvazökar bir insandır. O, dövlətimizi, xalqımızı, vətənimizi hədsiz məhəbbətlə sevən bir Azərbaycan oğludur.
Biz media olaraq Rəşad müəllimə gələcək fəaliyyətində sonsuz uğurlar arzulayırıq.

Dilşad Əhmədova
Baş redaktor