Gündəm, Ölkə
21 iyun 2023
320
PEŞƏKARLIQ NÜMUNƏSİ
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov öz işinə məsuliyyətlə yanaşan, öz peşəsini hədsiz dərəcədə sevən, peşəkar bir mütəxəssisdir. Bir çox xəbər və informasiya saytları onun barəsində qərəzli şəkildə şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən yazıları dərc edirlər. Amma, əslində bu belə deyil. Məmməd müəllim haqqında dərc olunan bu yazılar dezinformasiyadan başqa bir şey deyil. Sözün əsl mənasında Məmməd Mahmudov dövlətini, millətini, xalqını və çalışdığı peşəsində hədsiz məhəbbətlə sevən bir şəxsdir.
Məmməd müəllim hər zaman məhkumların qayğısına qalmış, onları narahat edən problemləri ilə daim maraqlanmış, bu problemlərin aradan qaldırması üçün əlindən gələnini əsirgəməmişdir. Məmməd müəllim 6 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunan ilk gündən etibarən burada abu-hava tamam dəyişmiş, səliqə-səhman, nizam-intizam hökm sürməyə başlamışdır. Müsbət istiqamətdə dəyişiklik həm də dutaqlarla münasibətdə də öz əksini tapmışdır. Məhkumların cəzaçəkmə müəssisəsinə adaptasiyası və reabilitasiyası istiqamətində də Məmməd müəllimin gördüyü işlər, bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə digər cəzaçəkmə müəssisələrinə bir nümunə olmalıdır. Belə ki, Məmməd müəllim məhkumların hər birinə fərdi olaraq yanaşır, onların hər biri ilə mütəmadi olaraq ayrı-ayrılıqda fərdi söhbətlər aparır, onların tutduqları qeyri-qanuni əməllərdən peşmançılıq duymaları və tam islah olmaları istiqamətində bütün bilik və bacarıqlarından istifadə etməklə əlindən gələni edir. Bütün bu deyilənlər onu göstərir ki, Məmməd Mahmudov işinin öhdəsindən layiqincə gələn peşəkar, təcrübəli bir müəssisə rəhbəridir.
Biz media qurumu olaraq Məmməd müəllimə bu çətin və məsuliyyətli işində sonsuz uğur və müvəffəqiyyətlər arzulayırıq.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Peşəkarlıq və şəxsi keyfiyyətlər
Gündəm, Cəmiyyət, ÖlkəQobustan rayonu Xilmilli kənd Bələdiyyəsinin sədri Namiq Mirzəyev
Gündəm, Cəmiyyət, Ölkə"Patı" çəkib dostunu ağzından bıçaqladı, çəkiclə öldürdü - Bakıdakı qətli ...
KriminalBir sıra KİV əməkdaşları Prezidentin fəxri diplomu ilə təltif edildi
SiyasətSu təsərrüfatı və meliorasiya işçiləri təltif edildi — SƏRƏNCAM
Gündəm, Siyasət