Gündəm, Ölkə
10 iyul 2023
276

Zakir Fərəcov məzuniyyət qadağasına əməl etmədi – İcra başçısının Avropada dincəldiyi deyilir

Zakir Fərəcov məzuniyyət qadağasına əməl etmədi – İcra başçısının Avropada dincəldiyi deyilir
Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdən sonra icra başçılarının yay məzuniyyətinin ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda iddia olunurdu ki, hakimiyyət situasiyanın həssas olduğunu nəzərə alaraq icra başçılarının yay aylarında rayonu tərk etməməsinə qərar verib.

Reportyor.info-ya daxil olan məlumata görə, bu qadağaya əməl etməyən icra başçıları var. Onlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur.
İddia olunur ki, o, məzuniyyət götürərək Almaniyaya gedib. Lakin Zakir Fərəcovun ölkəni tərk etməsi Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt arasında əlaqələrin inkişaf etdirmək adı ilə rəsmiləşdirilib. Məlumat üçün deyək ki, Lüdviqşafen Sumqayıtla qardaşlaşmış şəhərdir.

Zakir Fərəcovun səfəri iyunun30-na təsadüf edib. Onunla birgə İşçi Qrup da Almaniyaya yola düşüb. Lakin qurp iyulun 3-də geri qayıdıb. Zakir Fərəcov onların arasında görünməyib. İcra başçısının hələ də ölkəyə qayıtmaması onun əslində istirahətə getdiyinə şübhələri artırır. Ehtimal olunur ki, Zakir Fərəcov dincəlmək üçün Almaniyadan başqa bir Avropa ölkəsinə gedib.

reportyor.info