Gündəm, Cəmiyyət, Ölkə
03 avqust 2023
350
Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahibi
“Tibb işçiləri mənim dostumdur”. Bu sözlər Ümummilli liderimiz Heydər Əliyev cənablarına məxsusdur. O, həqiqətən respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına və bu sahədə çalışan insanların sosial rifahının yüksəlməsinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.İndi biz bu dəstəyi onun həyatda və siyasi arenada layiqli davamçısı, hörmətli prezidentimiz cənab İlham Əliyevdən hiss edirik.
Ümumiyyətlə,Ulu öndərimizin rəhbərliyi illərində olduğu kimi, bu gün də ölkəmizdə fəaliyyət göstərən bütün sahələrin inkişafına dövlət özü nəzarət edir, problemləri dərhal aradan qaldırır. Hörmətli prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti respublikamızın hər yerində yüksək qiymətləndirilir.
Respublikamızın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı, tərəqqiyönümlü islahatlar onun yeganə davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Onu da qeyd etmək istəyirəm ki, peşəsinə qəlbən bağlı olan, öz işinin öhdəsindən layiqincə,şərəflə gələn hər bir həkim və bütün tibb personalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda apardığı inkişaf xəttini dəstəkləyir və bunu daha da səylə çalışmaqla sübut edəcəklərinə söz verirlər.
Azərbaycan Respublikası-millətinin fədaisi olan,onun tərəqqisi,firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil.Hələ ötən əsrdən iki qörnək yada salaq:Hacı Zeynalabdin Tağıyevin,Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir.Birini də xatırlatmaq yerinə düşər:XX əsrin əvvəllərində həkim işləmiş,sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.
Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram,amma çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün hələ də insanların,cəmiyyətin,dünyanın,bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var.Dünyamıza hər cür siyasi oyunlardan,hakimiyyət davasından,torpaq,ərazi iddialarından,ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır, özü də hava,su kimi.Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var!Yer üzü onların çiyinlərində saxlayır müvazinətini!Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi.Sağlığında bu mərtəbəyə qalxanlar,qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır.Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda,dünyanı fəth etməkdə deyil!Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir.Qəhrəmanlıq insanların beyninə,düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir.Bəli,budur əsil qəhrəmanlıq!Xeyirxahlıq dədə -babalardan qalma bir ənənədir.Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar.
Dəyərli oxucular!
İndi sizə haqqında bəhs edəcəyim insan zəmanəmizin əsil qəhrəman xanımlarındandır.
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz xanım Bəşirova üçün ən böyük vəzifə insanların sağlamlığı, rahat,firavan yaşayışı,əmin-amanlığıdır.Onun üçün insanların sağlamlığı hər şeydən öndədir.O,təkcə rəhbər deyil,eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır. O,Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır.Bu cür görən,bu cür düşünən insandan isə pislik gözlənilməz.
Yazımın əsas qəhrəmanı Nurəngiz xanım Bəşirova əsil Allah adamıdır. Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur.Atalar demiş,xoşbəxt o insandır ki,Allah dünyasından yox, axirətindən pay ayırır. Nurəngiz Bəşirova bu cür xüsusiyyətlərə malik bir xanımdır,desəm,yanılmaram.Bəli,həqiqətən də alicənab,əsil vətənpərvər insandır Nurəngiz xanım.O,insanlara həm mənəvi,həm də maddi dayaqdır.Onun saysız hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.Həyatda da məhz belə insanlar ucalırlar.İnsanlara dayaq olmaq Tanrı buyruğudur.Nurəngiz xanım Bəşirova Tanrı səltənətinə ucalmış bir insan olmaqla,həm də doğulub boya-başa çatdığı el-oba üçünəziz,dəyərlidir.Haqqında bəhs etdiyim xanımı tanıyanlar onun haqqında deyirlər:ağıllıdır,təvazökardır,sadə və təmkinlidir,əsil Allah adamıdır,sözü ilə əməli bir olan insandır.Eyni zamanda xeyirxahdır. Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz xanım Bəşirova nəinki rəhbərlik etdiyi işçi kollektivinə,eyni zamanda ona müraciət edən hər kəsə,o cümlədən şəhid ailələrinə,qazilərimizə, əlindən gələn köməyi edir,onlardan heç bir dəstəyini əsirgəmir.Mən də son olaraq xeyirxah əməlli dəyərli insanı,əlləri şəfalı həkimi,Nurəngiz xanım Bəşirovanı Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir,uca Tanrıdan sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
İNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
Gündəm, ÖlkəARZU BƏNDƏLİYEVƏ XOŞ ARZULARLA
Gündəm, Ölkə, BölgəNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
Gündəm, Cəmiyyət, ÖlkəHİPOKRAT ANDINA SADİQ OLAN – ƏSL VƏTƏNDAŞ, T.Ü.F.D., DOS., K.Y.FƏRƏCOVA ADI ...
Gündəm, Cəmiyyət, ÖlkəJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, Siyasət