Gündəm, Cəmiyyət, Ölkə
22 avqust 2023
413
Xeyirxah əməlləri ilə seçilən sahibkar - Akif Şahbazov
Azərbaycan dövlətində təhsilə böyük önəm verilir
Akif Şahbazov: “Mən qətiyyətlə deyirəm ki, təhsil millətimizin gələcəyidir. Təhsilsiz uğur yoxdur. Sahibkarlıq isə ən böyük ibadətdir”.
Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.
Belə xeyriyyəçi sahibkarlarımızdan biri də Akif Şahbazovdur.
Akif Şahbazovun tərcümeyi-halını siz təqdim edirik: Akif Səfər oğlu Şahbazov 1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində zəhmətkeş ailədə anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinfinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da mənfur, nankor ermənilərin türklərə olan nifrəti səbəbindən ona qızıl medal verməyiblər. Akif Şahbasov 1987-ci ildə ordu sıralarına çağırılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub. Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı terror əməlləri başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Ailə vəziyyəti ağır olduğuna görə Akif Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt Boru Brokat zavodunda çilingər kimi işə başlayıb. Belə olan təqdirdə Akif Şahbazov qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə Sankt-Peterburq şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. Oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən, hörmət bəslənilən bir tələbə olub Akif Şahbazov. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi bu universiteti bitirib. Bu altı ildə iş yerində də Akif Şahbazovun inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Brokat zavodundan köçürmə yolu ilə gəlib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf edərək kadrlar şöbəsinin rəisi, material üzrə mühasib, baş mühasib olub.
Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb. Akif Şahbazovu da 9 nömrəli təmir-tikinti idarəsinin baş mühasibi təyin edirlər. Sonra onu 1 nömrəli təmir-tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirirlər. Bu artıq həmin dövr idi ki, Mixail Qorbaçovun yenidənqurma siyasəti nəticəsində SSRİ dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəssisələrin çökməsi, parçalanması prosesi başlamışdı. Uzaqgörən Akif Şahbazov da artıq başa düşürdü ki, bu ölkənin sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Ona görə də çevik hərəkətlə 1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayır. Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü sahibkarlıqda sınayır. Əsas işi də məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlar satdırmağa başlayır. Həmin vaxtı da belə mallar Azərbaycanda qıt idi. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığına görə bu boşluğu doldurmaq məqsədi ilə, geniş çeşidli etmək üçün Mərkəzi Univermağın yaxınlığındakı “Sputnik” adlı sənaye malları univermağında icarəyə yer götürür. Beləliklə, 1993-cü ildə Bakı və Sumqayıtda xüsusi məktəbli malları, dəftərxana materialları olan ilk mağazanı Akif Şahbazov açır. Bununla da imkanları bir az da genişləndirir. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində mağaza alır və həmin mağaza məktəbli malları və dəftərxana ləvazimatlı mağaza olur. Sonra həmin mağazanın ikinci mikrayonda filiallarını açır. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən Akif Şahbazov belə qərara gəlir ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın. Bununla bağlı ayrıca yer götürür və ora lazım olan aparatlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb və ayrıca mətbəə-poliqrafiya yaradır. Bu müqəddəs işdən möhkəm yapışan Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana ləvazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük mətbəə, poliqrafiya respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çox böyük müştəri kütləsi əldə edir, kitabsevərləri də ətrafına toplaya bilir. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular məhz Akif Şahbazovun mağazalarına gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli mallarına, dəftərxana ləvazimatlarına və həm də kitablar çox ucuz qiymətə satılır. Bu məhz elmlə, ziyalılarla bağlı olduğuna görə Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf bilir.
Akif Şahbazovun layihələr təchizatında Azərbaycan bazarının lideridir. Məktəbli çeşidləri ilə və keyfiyyət baxımında həmişə öndədir. Akif müəllim Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında Akif Şahbazov xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Akif müəllimin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə təmənnasız dərs və məktəb ləvazimatları ilə təmin etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artlr və Akif Şahbazov məhz belə xeyriyyəçi sahibkarlardandır.
Biz də redaksiyamız adında Akif Şahbazova gördüyü xeyriyyə işlərində həmişə uğur, qalibiyyət və zəfər qazansın. Gələcək hər bir gününüz xeyirli olsun.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Xatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, Sosialİlham Əliyevdən Akif Hümbətovla bağlı SƏRƏNCAM
SiyasətAbşeronun sabiq baş memarının həbs müddəti artırıldı
KriminalVətən Müharibəsində şəhid olan Siyasət Mustafayevin döyüş yolu - FOTO
Ölkəİcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi — FOTO
Kriminal