Gündəm, Cəmiyyət, Ölkə
25 sentyabr 2023
332
Ömrün müdriklik zirvəsində - Natiq Talıbov
Natiq Talıbov Azərbaycanımıın ayırlmaz hissəsi olan, qədim yurdumuz olan Naxçıvan respublikasının doğulub boya-başa çatan, ömrünü elmə təhsilə həsr etmiş xadimlərimizdəndir. Natiq Talıbovun gənclərlə təhsil sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri rəhbərliyin diqqətindən yayınmayıb və o, məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.
Natiq Talıbov təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, Vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib.
Zəruri giriş: Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorTalıbov Natiq Həsən oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1982-ci ildə orta məktəbi, 1992-ci ildə Sumqayıt Dövlət Universitetinin Avtomatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin İnformasiya və kompüter texnikası kafedrasında laborant, laboratoriya müdiri, 1996-cı ildən İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim vəzifələrində işləmiş, 2004-cü ildən isə dosent vəzifəsində işləyir. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 2007-ci ildə isə dosent elmi adını almışdır. 1997-2014-cü illərdə Mühəndislik fakültəsində dekan müavini işləmiş və müxtəlif vaxtlarda dekan vəzifəsini icra etmişdir. 27.01.2014-cü ildən 07.05.2015-ci ilə qədər Doktorantura və magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 07.05.2015-ci ildə Sumqayıt Dövlət Universitetində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin edilmişdir. 110-dan çox elmi əsərin, o cümlədən 1 ixtiranın, 1 monoqrafiyanın, 8 metodik göstərişin və 3 dərs vəsaitinin müəllifidir. 2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına, 2017-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür. Ailəlidir, 2 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məlum olduğu kimi, Ümummilli liderimiz, böyük öndərimiz Heydər Əliyev keçmiş SSRİ-nin siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra Moskvanın birbaşa havadarlığından bəhrələnən erməni millətçiləri ölkəmizə qarşı ərazi iddialarına başladılar. Sovet imperiyasının hələ tam süquta uğramadığı, rus qoşunlarının ərazilərimizdə olduğu, milli ordumuzun isə hələ yaradılmadığı bir vaxtda ermənilərlə həmsərhəd rayonlarımızın, sərhəd kəndlərimizin müdafiəsi, əhalinin təhlükəsizliyi vəzifəsi yalnız daxili işlər orqanlarının öhdəsinə qalmışdı. Həmin ağır vaxtlarda - 1990-1992-ci illərdə Natiq Talıbov gənc olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin müdafiəsinə qalxdı.
Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi Ümummilli liderimiz Heydər Əliyevin diqqətindən yayınmadı və Naxçıvana gəldiyi ilk günlərdən Natiq Talıbov Ulu öndərin layiqli köməkçisinə çevrildi.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Natiq Talıbov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Natiq Talıbov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vətənpərvər insandır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən dövlət xadimidi ki, o, hər bir ehttiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən şəxslərdəndir.
Natiq Talıbov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Natiq Talıbov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Oda hər kəsə bəllidir ki, Natiq Talıbov yüksək savada və dünyagörüşə malik olan vətənpərvər insandır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Natiq Talıbov məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.
Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Natiq Talıbovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
Natiq Talıbova qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Vətən üçün yaşanan ömür -Tural Hüseynov
Gündəm, ÖlkəLaçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
GündəmKönül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, ÖlkəAqil Nəzərli: Müharibə kimin kim olduğunu göstərdi
Gündəm, BölgəJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, Siyasət