Gündəm, Cəmiyyət, Ölkə
12 oktyabr 2023
301
Dövlətə və dövlətçiliyə sadiq insan – RƏŞAD CƏBRAYILOV
Hər bir insanın həyatı ömür boyu yazılan kitaba bənzəyir. Bu kitabın hər bir səhifəsi ömrün müxtəlif anlarını əks etdirir. Bu ömür kitabı olumla başlayıb ölümlə öz sonuncu səhifəsini bitirir. Bir də bu kitabın proloqu, insanın ömrünün mənalı və ya heç nəyi əks etdirməyən mövcudluğu, kimin bu kitabı necə doldurmağından asılıdı...
Rəşad Cəbrayılov... Onun haqqında bir də ona görə yazmaq qərarı verdik ki, Rəşad müəllim cürətinin, cəsarətinin səsinə səs verərək ömür, əməl, fəaliyyət yolunu özü, amirəliklə kağıza köçürüb. Bu isə əməli düzgün, alnıaçıq insanın işidi. Biri digərinin oxşarı iki ömür kitabı tapmaq mümkünmü? Məncə yox, bir az hardasa hə demək olar, ancaq bu qətiyyən mümkün olan iş deyil. Tanrı eyni bədən əzalarını belə fərqli yaratdı...
Hər bir insanın ömür kitabı bir növ təhlil, bir növ özünə hesabatdır.
Hər bir insanın keçdiyi həyat yoluna bağlı fəaliyyət trayektoriyasının bu fəaliyyətin keyfiyyətindən doğan şərəf və ləyaqət ölçüsünə bağlı ömür kitabı... Bu kitab isə hər kəsin özünüdərkindən başlayır.
Hər bir insan bu ömür kitabının səhifələrini çevirdikcə bir ucu gəlimli, o biri ucu gedimli dünyanın təlatümlərinə sinə gərməyin nə qədər çətin, nə qədər ağır, nə qədər ağrılı olduğunu dərk edərkən buna doğru hərəkət etməyin böyüklüyünü və ya məsuliyyətini ortaya qoymağa məcbur olur.
Kimi bu həyatın qoyduğu sınaqların məngənəsində ora-bura çırpılaraq
İnsan həyatı da təbiətin fəsillərinə bənzəyir. Ümid, arzu, xəyallarla dolu gənclik yerini get-gedə yaşlılığa ötürür. İnsan bu dünyada nə edirsə öz adı, öz soyu, öz axirəti üçün edir. Onun - Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov səmərəli, dəyərli həyatı və əmək fəaliyyəti yuxarıda verdiyimiz arayışın özü və tamamıdı.
Qanında, genində, varlığında bu qədim yurdun dəyanətini daşıyan, Rəşad Cəbrayılov özünün, səxavətinin bərəkətindən çox insanlara, şəhid, qazi, kasıb ailələrinin, əlsiz-ayaqsızların ümid qapısına çevrildi... Bu onun Tanrı tərəfindən verilən missiyasi-alın yazısı oldu. Ona “ümid çırağımızdı” deyənlərə yaşamaq gücü, yaşamaq stimulu verdi.
Rəşad müəllim genişmiqyaslı fəaliyətini bir dövlət işçisi və bir Azərbaycan vətəndaşı olaraq qəlbinin səsi, ürəyinin saflığı, xeyirxahlığına, nəcibliyinə sığınaraq həyata keçirir.
Həm də bu fəaliyyət, nümunə-missiya tarixdə şərəfilə yaşamış fədakar babalarımızın missiyalarının yeni anlamda davamıdır!
Rəşad müəllim kimi insanlara mənəvi əməli varislər deyilir... Bu an Azərbaycanın ən ümdə, ən qlobal problemi işğaldan azad olmuş torpaqların dirçəldilməsi, bərpası, canlarını və sağlamlıqlarını bu torpağln azadlığı üçün xərcləmiş igid oğullarımızın, mərd kişilərimizin ailə, məişət, səhhət məsələlərinin həllidir.
Bu gün müharibənin yaratdığı fəsad və dağıntıları aradan qaldırmaq üçün Baş komandanın tarixi şüara çevrilmiş "Biz birlikdə güclüyük" çağırış ifadəsi peşə mənsubiyyətindən, vəzifə statusundan asılı olmayaraq hər bir Azərbaycanlının borcudu. Vətəndaşlıq, vətənsevərlik, təəsübkeşlik borcu. Mənəvi borc hissi, bunu yurd, torpaq, doğmaların itkisi, həsrətini çəkmiş, bu vüsalı, həsrəti, ağrını yaşamış insandı Rəşad müəllim! Bu hissin nə qədər ağrılı olduğunu çəkən bilir. Rəşad Cəbrayılov həm bir ləyaqətli Azərbaycanlı kişisi, həm də bir Azərbaycanlı olaraq bu İlahi missiyanı-yararlılıq, yararlı olmaq missiyasını illərdi çiyinlərində yorulmadan daşıyır. Özü də sübuta yetirilmiş ləyaqət hissi ilə.
Çünki Vətən doğmadır, vətən yurddan başlayır, doğulduğun, baba-nənələrinin, ata-ananın məskunlaşdığı, kök saldığı yurddan.
Havasından udaraq, adətinə, ənənəsinə öyrəşdiyi Laçın onun ata yurdu, Azərbaycan ana vətənidir. "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!" Dahi Səməd Vurğun yazdı, ulu öndər söyləyərək, bu hissi içindən yaşayaraq kövrəldi!
Bu səbəbdən də Azərbaycan, Vətən təəsübü çəkən qız və oğullarına möhtacdı. Etibarlı, xeyirxah, sədaqətli, sadiq Rəşad müəllim insanlığın ən ali göstəricisi olan etibarı lap çoxdan qazanıb. Etibarlı olmaq şəxsiyyətin ictimai sferada əməllərindən yaranan, təqdir edilən əməli nəticədi. Rəşad Cəbrayılovun fəaliyyətinin nüvəsində vətənsevərlik, vətənkeşlik, millət və xalqsevərlik dayanır. Bu əqidə ilə yaşayanlar heç vaxt pis, riyakar, xudbin ola bilməz.
Rəşad Cəbrayılov uğurlu insandır, o, bir rəhbərdir, bir dövlət adamıdır, mərhəmətlidir, humanıstdir. O, onlarla ailənin “işığını” sönməyə qoymur. Sevindirici haldır ki, bu dünyada Allahla həyat arasında münasibətlərini bu cür tənzimləyənlər sırasında Rəşad müəllim də var! O, insanların, insanlığın dostudur. O, həm də peşəsinin adamıdır, o, həm də əsil vətəndaşdır, o, həm də dəyərli Azərbaycanlıdır.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin dekanı, profes ...
Gündəm, Cəmiyyət, ÖlkəDÖVLƏTƏ SƏDAQƏT ANDI, İŞİNİN PEŞƏKARI...
Gündəm, Cəmiyyət, ÖlkəNərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, ÖlkəADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov - Müdr ...
Gündəm, Cəmiyyət, ÖlkəRəşad Sadıqova ağır itki
İdman